Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:11 22 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Belə marşrut olar?
Belə marşrut olar?
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 14.08.2016

Dədə Qorqud qəsəbəsi mərkəzdən  xeyli aralıda  yerləşsə də, burada normal yaşayış üçün hər bir şərait var. Suyu, qazı, işığı qaydasındadır. Yeganə problemimiz ictimai nəqliyyatla bağlıdır.

 

Dədə Qorqud qəsəbəsi və bir az aralıdakı Bahar kəndindən şəhər istiqamətinə bir marşrut mövcuddur. Bu, hər gün yüzlərlə insanı metronun “Qara Qarayev” stansiyasına aparıb-gətirən 191 nömrəli marşrutdur. Marşrut açılanda sevindik ki, daha işə, şəhərə gedib-gəlməyimizdə problem olmayacaq. Ancaq istədiyimiz kimi alınmadı.

Əvvəla, bu marşrutun sürücüləri iş rejiminə, hərəkət qrafikinə məhəl qoymurlar. İstədikləri vaxt xəttə çıxırlar, istədikləri vaxt “Bu gün daha işləmirik” deyirlər. Xüsusilə axşam saat 9-dan sonra qeybə çəkilirlər. Ancaq şəhərin uzaq kənd və qəsəbələrinin çoxuna gecə saat 12-yə qədər avtobuslar işləyir.

Bizi ciddi narahat edən digər məsələ onsuz da normal işləməyən 191 nömrəli avtobusu idarə edən sürücülərin etik qaydalara riayət etməmələridir. Siqaret tüstülədə-tüstülədə maqnitofonu açıb sərnişinlə dolu avtobusla “avtoşluq” edənləri də görmək olar. İrad bildirəndə ağzını açmağa peşman olursan. Belə sürücülər əsasən gənclərdir. Kim bilir, bəlkə də dostunu, tanışını əvəz edirlər. Bəlkə də heç  sürücülük vəsiqələri yoxdur.

İstəyimiz odur ki, bu avtobusların da iş qrafiki olsun, işə, evə  normal gedib-gələ bilək. Bilirik ki, Bakı şəhərində avtomobil nəqliyyatı və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimlənməni və dövlət nəzarətini həyata keçirmək üçün yeni qurum - Bakı Nəqliyyat Agentliyi yaradılıb. Düşünürük ki, yeni agentlik 191 nömrəli marşrutda hökm sürən özbaşınalığa son qoyub poblemimizi tezliklə həll edəcək...

 

Əfiqə ƏLƏSGƏROVA

 

Suraxanı rayonu


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM