Alternative content

06:12 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əsgər qardaşıma
Əsgər qardaşıma
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 14.08.2016

Biz iki bacıyıq. Qardaşımız yoxdur. Amma qərara aldıq ki, bu il aprel ayının əvvəllərində cəbhədə gedən döyüşlərdə hünər göstərən əsgərlərimizi özümüzə qardaş seçək. Bəs bu qardaşlara necə məktub yazaq?

Hörmətli redaksiya! Çox götür-qoy etdikdən sonra ürəyimizdən keçənləri kağıza köçürüb sizə göndərdik.

Əsgər qardaşım, sən bilirsən ki, torpaq gücdür. Bu, bir qaydadır ki,  torpaqdan yaranan, ondan başlanan, ondan ucalan ona dönür. Ən kiçik toz zərrəsinin də qayıdacağı ünvan torpaqdır. Sən o torpaq uğrunda vuruşursan ki, o müqəddəsdir. Sən müqəddəsi qorumaq üçün düşmənin qarşısında keçilməz sədd yaratmısan.

Sən bilirsən ki, torpaq həm də qüdrətdir. Çünki Vətənin adıdır. Torpaq anadır, əbədiyyət beşiyidir. Hər birimizin son ünvanı olan torpağın bağrına sığınıb əbədiyyətə üz tutan insan oğlu bəlkə elə buna görə dünyaya gəlişindən gedişinə kimi torpağa böyük məhəbbətlə bağlanır. Biz torpaq uğrunda şəhid olan əsgərlərimizin qəhrəmanlıq dastanı ilə torpağın müqəddəsliyini anlayırıq. Əsgər qardaşım, siz sübut etdiniz ki, bu torpağın dayağı olan qəhrəman oğlusunuz. Vətən torpağı üçün şirin canınızdan keçməyə belə hazırsınız.

Dörd gündə zəfər tarixi yazan əsgər qardaşlarım! İndi sizdən istəyimiz odur ki, yolunuzu gözləyən analara, bacılara qələbə xəbərini də siz çatdırasınız.

 

Leyla İSALI,

Şahbuz şəhər 2 nömrəli

tam orta məktəbin şagirdi