14 Avqust 2016 12:08
857
Oxucu məktubları
A- A+

Xalqın sözü, haqqın səsi

Quba rayon “Şəfəq” qəzetinin ilk nömrəsi 1921-ci ilin aprelin 21-də “Əxbar” adı ilə çapdan çıxmışdır. 1922-ci ilin noyabrından “Yeni dirilik”, 1937-ci ildən “Kollektivləşmə yolu”, 1938-ci ildən 1962-ci ilin aprelinədək “Qızıl Quba”, 1991-ci ilədək “Şəfəq”, 1992-ci ilin yanvarından 1996-cı ilədək “Quba”, bundan sonra yenidən “Şəfəq” adı ilə nəşr edilir.

Qəzet ən çətin vaxtlarda belə nəşrini dayandırmamışdır. Rayonda aparılan quruculuq işlərinə öz səhifələrində geniş yer ayırmışdır. Yaradıcı kollektiv bu gün də ənənəyə sadiq qalmışdır. Aparıcı mövzular sırasında vətənpərvərlik, milli-mənəvi dəyərlərimizin qorunması xüsusi yer tutur.

Redaksiya kollektivinin həyatında unudulmaz, yaddaqalan anlar da çox olub. Bunlardan biri ümummilli lider Heydər Əliyevin 1996-cı il  iyul ayının 27-də qəzetin 75 illik yubileyinə ünvanladığı təbrik məktubudur. Məktubda deyilir:  “Şəfəq” qəzeti çox zəngin və şərəfli bir inkişaf yolu keçmişdir. Qəzet Azərbaycanın çoxşaxəli mədəniyyətə, adət-ənənələrə və milli-mənəvi dəyərlərə malik olan bölgəsində dövlətçiliyin və xalqlar dostluğunun daim qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət göstərmiş, bütün bölgə əhalisinin imkanlarını respublikamızın ən ümdə problemlərinin həllinə səfərbər etmişdir”.

Qəzetin şərəfli yol keçməsində müxtəlif illərdə onun redaktorları olmuş Hüseynağa Məmmədbəyli, Qafar Rəcəbli, Nağı Cəfərov, Hüseynqulu Kazımlı, Mövlud Qonaqov, Əli Kərimov, Camal Balayev, Məmmədpaşa Mirzəyev, Nadir Xəlilov, Elmira Aşurova haqqında da bu gün ancaq xoş söz söyləmək olar. Onların fədakar əməyi sayəsində qəzet zamanın sınağından həmişə alnıaçıq çıxmışdır. Vaxtilə redaksiyada əmək fəaliyyətinə başlayanların bir çoxu ali məktəb müəllimi, hüquqşünas və başqa peşə sahibi olub.

Oxucu sevdiyi qəzetdən həmişə düşündürən yazılar, səriştəli təhlil istəyir. 95 illik yubileyə hazırlaşan redaksiya kollektivi də öz işində bu amili əsas götürür. Bu, belə də olmalıdır. Çünki xalqın sözü haqqın səsidir.

 

Qəhrəman QASIMOV,

əməkdar jurnalist

Quba

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video