Alternative content

06:12 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müskürlülər mavi yanacağın sevincini yaşayırlar
Müskürlülər mavi yanacağın sevincini yaşayırlar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 14.08.2016

Kəndimizin sakinləri böyük sevinc içərisindədir. Bu da əbəs deyil. Təxminən bir ay əvvələ kimi kənddə alternativ yanacaq növləri olmadığından istər istilik üçün, istərsə də məişət məsələlərində əsasən elektrik enerjisindən istifadə edirdik. Bizim camaatın da bəxtinə gün doğdu. Kəndimizə qaz verildi.

Müskürlü kəndinə təbii qazın verilməsi Azərbaycandakı inkişafın real mənzərəsidir. Həmçinin bu hal düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft-qaz strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən sosial layihələr sırasında kəndlərin qazlaşdırılması da diqqət mərkəzində saxlanılır.

Müskürlünün qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2900 metr təşkil edən müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9510 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 124 abonent mavi yanacaqla təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Kənd ağsaqqalları, ziyalılar təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini qeyd ediblər və bu işdə əməyi keçən hər kəsə, xüsusən dövlət başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Nazir XANZANOV,

Müskürlü kənd sakini

 

Göyçay rayonu