Alternative content

05:38 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qış parkı” yayda da səfalıdır
“Qış parkı” yayda da səfalıdır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 14.08.2016

Bakının parkları ilin bütün fəsillərində gözəl olur. “Qış parkı” adlanmasına baxmayaraq, paytaxtın bu parkı da səfalıdır. Şəhərin mərkəzində yerləşdiyindən burada həmişə qələbəlik olur. Parkda dincəlməyə təkcə ətrafdakı çoxsaylı göydələnlərin sakinləri deyil, həm də Bakının digər yerlərində yaşayan insanlar və paytaxtın qonaqları gəlir.

İsti yay günlərində “Qış parkı”na axışanların sayı daha çoxdur. Onları parkdakı yaşıllıqlar, gül-çiçək, ətrafa sərinlik paylayan fəvvarələr cəlb edir.  “Qış parkı”, əslində, həm də elə yay parkıdır.

 

“Azərbaycan”

Foto Ağaəli MƏMMƏDOVUNDUR