14 Avqust 2016 12:08
785
Oxucu məktubları
A- A+

Naxçıvanda yeni qaya işarələri aşkar edilib

 Bu yaxınlarda Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında aparılan tədqiqatlar zamanı ilk dəfə qaya işarələri aşkar olunmuşdur. Bu işarələrin bənzərlərinə Araz çayından cənubda və Şərqi Anadoluda da rast gəlinmişdir.

 Məlum olduğu kimi, Urartular Naxçıvan ərazisini işğal edə bilməsələr də, bura dağıdıcı yürüşlər etmişlər. Naxçıvanın qədim sakinləri isə bu yürüşlərin qarşısını almaq üçün qabaqcadan keçilməz qalalar tikmişlər. Sədərək qalası, Oğlanqala, Qarasu qalası, Qız qalası Urartuların qərbdən və Arpaçay vadisindən edilən hücumlarının qarşısını kəsmişdilər. Bu istiqamətdə müqavimətə rast gələn düşmən qüvvələri hücumlarını Əlincəçay vadisindən gerçəkləşdirmək istəmişlər.

Naxçıvana aparan yolları isə Qazançıqala kimi möhtəşəm qala qoruyurdu. Yuxarıda qeyd etdiyimiz kimi, qaya işarələri də Qazançıqala yaxınlığında aşkar olunmuşdur. Geniş ərazidə yayılan qaya işarələrinin anlamı tam açılmasa da, tədqiqatçılar bu işarələrin müəyyən mərasimlərin icrası və qurbankəsmə ilə bağlı olduğunu bildirmişlər. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Qazançı qalasına hücuma hazırlaşan Urartular Ərəfsə kəndi yaxınlığında dayanaraq qurbankəsmə mərasimi keçirirmişlər. Yeri gəlmişkən, bir çox qayalar üzərində işarələrinin həkk edilməsi əsasən dini inanclarla bağlı olub, onlara uğur gətirməliydi. Lakin Culfa rayonunun köhnə Xoşkeşin kəndi yaxınlığında Urartu kralı Menuaya (miladdan əvvəl 810-786-cı illər) aid kitabə bu yürüşün uğursuzluğundan xəbər verir. Qələbə çala bilməyən Menua Ərəzin kəndindən keçərək Arazın cənubunda Pluadi adlı yerdə Urartuların baş tanrısı Xaldinin şərəfinə qala və məbəd tikdirir, qurban kəsdirir. Urartu krallarının dağıdıcı yürüşlərinə baxmayaraq, onlar heç vaxt bu ərazini işğal edə bilməmişlər. Baş tanrının şərəfinə Naxçıvanda deyil, Arazın cənubunda qala və məbəd tikdirilməsi onların bu ərazidə möhkəmlənə bilmədiyini təsdiq edir. Urartuların Naxçıvanda məskunlaşması ilə bağlı heç bir epiqrafik və arxeoloji dəlil yoxdur.

 

Vəli BAXŞƏLİYEV,

AMEA-nın müxbir üzvü

 

Naxçıvan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video