Alternative content

06:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Problem hakimiyyət nümayəndələrini də narahat edir
Problem hakimiyyət nümayəndələrini də narahat edir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 14.08.2016

“Azərbaycan” qəzetinin 17 iyul 2016-cı il tarixli nömrəsində “Kəndlərə avtobus xətlərinin bərpasını istəyirik” sərlövhəli oxucu məktubu dərc olunmuşdu. Müəllif Lerik rayon kənd sakinlərinin ictimai nəqliyyat problemindən - kəndlərdən rayon mərkəzinə və geri avtobus marşrutlarının uzun müddətdən bəri ləğvi ucbatından üzləşdikləri çətinliklərdən bəhs etmişdi. Ucqar kənd sakinləri adından yazan vətəndaş kəndlərə avtobus xətlərinin bərpa olunmasını istədiklərini dilə gətirmişdi...

Lerik Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirib. RİH başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin imzası ilə redaksiyamıza daxil olan məktubda deyilir:

“...Əvvəllər rayonda sərnişin və yükdaşıma xidməti göstərən Lerik “Avtonəqliyyat” müəssisəsi 2006-cı ildə özəlləşdirilmiş və rayon mərkəzindən kəndlərə gedən avtobus marşrutları ləğv edilmişdir. Hazırda rayonda sərnişin nəqliyyatı və yükdaşıma xidmətini həyata keçirən Lerik “Avtonəqliyyat” Açıq Səhmdar Cəmiyyətinin rayon daxilində iki kəndə (Cəngəmiran və Vizəzəmin), Bakı və Sumqayıt şəhərlərinə avtobus xətləri var. Hazırda “Avtonəqliyyat” Açıq Səhmdar Cəmiyyətinin maliyyə imkanlarının zəif olması və avtobusların çatışmaması səbəbindən bütün kəndlərə marşrutların bərpa edilməsi imkan xaricindədir.
Bu məsələ rayon icra hakimiyyətini də daim narahat edib. Problemin həlli üçün sərnişindaşıma xidməti göstərən fiziki şəxslərlə söhbətlər aparılır.
Rayonda ictimai nəqliyyatın tənzimlənməsinin həyata keçirilməsi və əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün yeni avtovağzalın tikintisi nəzərdə tutulmuşdur”.