13 Avqust 2016 12:08
735
Oxucu məktubları
A- A+

Borcu olmayan abonentlərin təbii qazla təchizatı bərpa edilib

 

“Azərbaycan” qəzetinin 17 iyul 2016-ci il tarixli nömrəsində “Qurunun oduna yaş da yanır” başlıqlı oxucu məktubu dərc olunmuşdu. Masallının Ərkivan qəsəbə sakinləri tərəfindən göndərilən məktubda borclu abonentlərlə yanaşı, ödəmədə yubanmaya yol verməyən intizamlı vətəndaşların da evlərinin qazının kəsilməsindən, ümumiyyətlə, yaşayış məntəqəsinin təbii  qazla təchizatının tamamilə dayandırılmasından bəhs edilirdi. 

Ərkivan sakinlərinin bu şikayətinə Masallı Rayon İcra Hakimiyyətindən münasibət bildirilib. RİH başçısının müavini Nəsir Muxtarlının imzaladığı məktubda deyilir:

“Masallı rayonu Ərkivan qəsəbəsinin ümumi qaz təchizatı “Azəriqaz” İB-in Lənkəran Regional Qaz İstismarı İdarəsi tərəfindən 10 iyun 2016-cı il tarixdə dayandırılmışdı. Həmin vaxt qəsəbənin ümumilikdə istifadə edilən təbii qaza görə debitor borcu 346  min manat idi.

Rayon icra hakimiyyətindən  “Azəriqaz” İB-in Lənkəran Regional Qaz İstismarı İdarəsinə məktub ünvanlanmış, debitor borclara görə qaz təchizatının dayandırılmasının fərdi qaydada aparılmasının qanunamüvafiq olması xatırladılmışdır.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarının 6.2 maddəsinə əsasən, “İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir”.

Müraciətimizdən sonra “Azəriqaz” İB-in Lənkəran Regional Qaz İstismarı İdarəsi Ərkivan qəsəbəsinin qaz təchizatını bərpa etmişdir.

Hazırda Ərkivan qəsəbəsində yaşayan abonentlərin ümumi borcu 283 min 665 manat təşkil edir. Bu borca görə qəsəbədə fərdi qaydada 434 abonentin qaz təchizatı dayandırılıb”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video