Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:36 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 295
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 295
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:08 11.08.2016

 

№ 295                                     Bakı şəhəri, 5 avqust 2016-cı il

 

“Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə);

2. “Lisenziya” blankının forması təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Ümumi lisenziya” blankının forması təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Xüsusi lisenziya” blankının forması təsdiq edilsin (4 nömrəli əlavə).

5. “Lisenziyanın əlavəsi”nin forması təsdiq edilsin (5 və 6 nömrəli əlavələr).

6. “Ümumi lisenziyanın əlavəsi”nin forması təsdiq edilsin (7 nömrəli əlavə).

7. “Xüsusi lisenziyanın əlavəsi”nin forması təsdiq edilsin (8 nömrəli əlavə).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 5 avqust tarixli 295 nömrəli qərarı ilə təsdiq edilmişdir. 

 

1 nömrəli əlavə

 

 Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi,onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadəninuçotunun və hesabatının aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və lisenziya blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, lisenziya əlavələrinin tərtib olunması, blanklardan istifadənin uçotunun və hesabatının aparılması qaydasını müəyyən edir.

1.2. Lisenziya blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

 

2. Lisenziya blanklarının hazırlanmasına sifarişin verilməsi,

onların bölgüsü və lisenziya əlavələrinin tərtib edilməsi

 

2.1. Lisenziyaverən orqanlar növbəti il üçün lisenziya blanklarının hazırlanması ilə əlaqədar tələb olunan lisenziya blanklarının miqdarı barədə hər il may ayının 1-dək Nazirliyə rəsmi müraciət edirlər.

2.2. Nazirlik növbəti il üçün tələb olunan lisenziya blanklarının miqdarını müəyyən etdikdən sonra lisenziya blanklarının təsdiq edilmiş formalara uyğun hazırlanması üçün podratçıya sifariş verir.

2.3. Lisenziya blanklarının hazırlanması hər ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.

2.4. Hazırlanmış lisenziya blankları lisenziya verən orqana onun rəsmi müraciəti əsasında bu Qaydanın 2.1-ci bəndinə əsasən tələbata uyğun olaraq verilir.

2.5. Lisenziya blankları lisenziya verən orqanın rəsmi müraciətində göstərdiyi və həmin orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsə təhvil-təslim aktı ilə verilir. Təhvil-təslim aktı 2 (iki) nüsxədə tərtib edilir, nüsxələrdən biri Nazirlikdə saxlanılır, digəri isə lisenziya verən orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsə verilir.

2.6. Lisenziya blanklarının verilməsi barədə Nazirlik tərəfindən lisenziya blanklarının bölgüsü kitabında aşağıdakılar  qeyd olunur:

2.6.1.lisenziya blanklarınınverildiyilisenziyaverənorqanın adı;

2.6.2. verilən lisenziya blanklarının sayı və seriya nömrələrinin aralığı;

2.6.3. lisenziya blanklarını təhvil verən Nazirliyin vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;

2.6.4. lisenziya blanklarını təhvil alan lisenziya verən orqanın vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;

2.6.5. lisenziya blanklarının verilməsi barədə lisenziya verən orqanın müraciət məktubunun tarixi və nömrəsi;

2.6.6. lisenziya blanklarını təhvil alan lisenziya verən orqanın vəzifəli şəxsinə verilmiş etibarnamənin tarixi və nömrəsi;

2.6.7. lisenziya blanklarının verilməsi ilə bağlı təhvil-təslim aktının tarixi və nömrəsi.

2.7. Lisenziya blanklarının bölgüsü kitabı hər səhifəsi nömrələnməklə qaytanlanır, Nazirliyin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

2.8. Lisenziya əlavələri təsdiq edilmiş formalara uyğun olaraq lisenziyaverən orqan tərəfindən tərtib edilərək, A4 formatında olan kağız vərəqlərində çap edilir.

 

3. Lisenziya blanklarından istifadənin uçotunun

və hesabatının aparılması

 

3.1. Lisenziyaverən orqan lisenziya blanklarından istifadə olunması barədə rüblük hesabatı hər rübdən sonrakı ayın 10-dək məktubla Nazirliyə təqdim edir. Hesabatda bu Qaydanın 3.3.1-ci, 3.3.3-cü və 3.3.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatlar əks olunur.

3.2. Korlanmış və ya zədələnmiş lisenziya blankları lisenziya verən orqanın məktubunda göstərdiyi və həmin orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsdən təhvil-təslim aktı ilə alınır. Təhvil-təslim aktı 2 (iki) nüsxədə tərtib olunur, nüsxələrdən biri Nazirlikdə saxlanılır, digəri isə lisenziya verən orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsə verilir.

3.3. Lisenziya blanklarından istifadə olunması ilə bağlı Nazirlik tərəfindən lisenziya blanklarından istifadənin uçotu kitabında aşağıdakılar qeyd edilir:

3.3.1. lisenziya blanklarını istifadə etmiş lisenziya verən orqanın adı;

3.3.2. lisenziya blanklarından istifadə olunması barədə hesabatın təqdim olunmasına dair lisenziya verən orqanın məktubunun tarixi və nömrəsi;

3.3.3. rəsmiləşdirilmiş lisenziya blanklarının sayı və seriya nömrələrinin aralığı;

3.3.4. korlanmış və ya zədələnmiş lisenziya blanklarının sayı və seriya nömrələrinin aralığı;

3.3.5. korlanmış və ya zədələnmiş lisenziya blanklarını təhvil verən lisenziya verən orqanın vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;

3.3.6. korlanmış və ya zədələnmiş lisenziya blanklarını təhvil verən lisenziya verən orqanın vəzifəli şəxsinə verilmiş etibarnamənin tarixi və nömrəsi;

3.3.7. korlanmış və ya zədələnmiş lisenziya blanklarını təhvil alan Nazirliyin vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;

3.3.8. korlanmış və ya zədələnmiş lisenziya blanklarının verilməsi ilə bağlı təhvil-təslim aktının tarixi və nömrəsi.

3.4. Lisenziya blanklarından istifadənin uçotu kitabı hər səhifəsi nömrələnməklə qaytanlanır, Nazirliyin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

3.5. Korlanmış və ya zədələnmiş lisenziya blankları istifadəyə yararsız hesab olunur və müəyyən edilmiş qaydada Nazirlik tərəfindən məhv edilir.

 

______________________

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 5 avqust tarixli 295 nömrəli qərarı ilə təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

 

 

LİSENZİYA

 

Qeydiyyat nömrəsi ____________                  “___” ______ ______ il

 

______________________________________________________

(lisenziya verən orqanın adı)

______________________________________________________

(lisenziya verən orqanın ünvanı)

______________________________________________________

(lisenziya verilən fəaliyyət növü)

______________________________________________________

______________________________________________________

______________________________________________________

_______________________________ həyata keçirməyə icazə verir.

 

Lisenziya verilib _________________________________________

(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi

______________________________________________________

ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)

______________________________________________________

 

Lisenziyanı imzalayan vəzifəli şəxs __________________________

(adı, soyadı və atasının adı)

Vəzifəsi ________________________________________________

 

__________________

(imzası)

 

M.Y.                         __________________

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 5 avqust tarixli 295 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

3 nömrəli əlavə

 

 

 

ÜMUMİ LİSENZİYA

 

Qeydiyyat nömrəsi ____________              “____” _______ ______ il

 

______________________________________________________

(lisenziya verən orqanın adı)

______________________________________________________

(lisenziya verən orqanın ünvanı)

______________________________________________________

(lisenziya verilən fəaliyyət növü (bütün alt növlər)

______________________________________________________

______________________________________________________

______________________________________________________

_______________________________ həyata keçirməyə icazə verir.

 

Lisenziya verilib _________________________________________

(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi

______________________________________________________

ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)

______________________________________________________

 

Lisenziyanı imzalayan vəzifəli şəxs __________________________

(adı, soyadı və atasının adı)

Vəzifəsi _______________________________________________

______________

(imzası)

 

  M.Y.                           __________________

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 5 avqust tarixli 295 nömrəli qərarı ilə təsdiq edilmişdir.

4 nömrəli əlavə

 

 

XÜSUSİ LİSENZİYA

 

Qeydiyyat nömrəsi ________________      “____” _______ ______ il

 

______________________________________________________

(lisenziya verən orqanın adı)

______________________________________________________

(lisenziya verən orqanın ünvanı)

______________________________________________________

(lisenziya verilən fəaliyyət növü (alt növ və ya alt növlər)

______________________________________________________

______________________________________________________

______________________________________________________

_______________________________ həyata keçirməyə icazə verir.

 

Lisenziya verilib _________________________________________

(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi

______________________________________________________

ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)

______________________________________________________

 

Lisenziyanı imzalayan vəzifəli şəxs __________________________

(adı, soyadı və atasının adı)

Vəzifəsi ________________________________________________

_______________

(imzası)

 

  M.Y.                         ____________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 5 avqust

tarixli 295 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

5 nömrəli əlavə

 

LİSENZİYANIN ƏLAVƏSİ

 

Qeydiyyat nömrəsi _____________             “____” ______ ______ il

 

 

______________________________________________________

(lisenziya verən orqanın adı və ünvanı (ünvan mötərizə içərisində göstərilir)

tərəfindən “___” _______ ______ il tarixində ___________ qeydiyyat

nömrəsi ilə verilmiş lisenziya əsasında _______________________

(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və

______________________________________________________

nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)

______________________________________________ ünvanında

(lisenziya verilən fəaliyyətin həyata keçirildiyi ünvan)

______________________________________________________

(lisenziya verilən fəaliyyət növünün adı)

həyata keçirilməsinə icazə verilir.

 

 

 

_______________________      _________   __________________

(lisenziyanın əlavəsini imzalayan (imzası)        (adı, soyadı və atasının adı)

şəxsin vəzifəsi)                   

 

  M.Y.

 

________________

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 5 avqust

tarixli 295 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

6 nömrəli əlavə

 

LİSENZİYANIN ƏLAVƏSİ

 

Qeydiyyat nömrəsi _______________       “____” _______ ______ il

 

 

______________________________________________________

(lisenziya verən orqanın adı və ünvanı (ünvan mötərizə içərisində göstərilir)

tərəfindən “__” ________ _____ il tarixində ____________ qeydiyyat

nömrəsi ilə verilmiş lisenziya əsasında _______________________

(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və

______________________________________________________nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)

______________________________________________ ünvanında

(lisenziya verilən fəaliyyətin həyata keçirildiyi ünvan)

______________________________________________________

(lisenziya verilən fəaliyyət növünün adı)

üzrə görülməsinə icazə verilən işlərin

 

SİYAHISI

 

1.

_________________________________________________

2.

_________________________________________________

3.

_________________________________________________

 

 

_______________________      _________   __________________

(lisenziyanın əlavəsini imzalayan (imzası)        (adı, soyadı və atasının adı)

şəxsin vəzifəsi)                   

 

  M.Y.

 

________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 5 avqust

tarixli 295 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

7 nömrəli əlavə

 

ÜMUMİ LİSENZİYANIN ƏLAVƏSİ

 

Qeydiyyat nömrəsi _______________       “____” _______ ______ il

 

 

______________________________________________________

(lisenziya verən orqanın adı və ünvanı (ünvan mötərizə içərisində göstərilir)

tərəfindən “__” ________ _____ il tarixində ____________ qeydiyyat

nömrəsi ilə verilmiş ümumilisenziya əsasında __________________

(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və

______________________________________________________nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)

______________________________________________ ünvanında

(lisenziya verilən fəaliyyətin həyata keçirildiyi ünvan)

______________________________________________________

(lisenziya verilən fəaliyyətin alt növünün adı)

həyata keçirilməsinə icazə verilir.

 

 

 

_______________________      _________   __________________

(lisenziyanın əlavəsini imzalayan (imzası)        (adı, soyadı və atasının adı)

şəxsin vəzifəsi)                   

 

  M.Y.

 

________________

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 5 avqust

tarixli 295 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

8 nömrəli əlavə

 

XÜSUSİ LİSENZİYANIN ƏLAVƏSİ

 

Qeydiyyat nömrəsi _______________       “____” _______ ______ il

 

 

______________________________________________________

(lisenziya verən orqanın adı və ünvanı (ünvan mötərizə içərisində göstərilir)

tərəfindən “__” ________ _____ il tarixində ____________ qeydiyyat

nömrəsi ilə verilmiş xüsusi lisenziya əsasında __________________

(hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və

______________________________________________________nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı, VÖEN)

______________________________________________ ünvanında

(lisenziya verilən fəaliyyətin həyata keçirildiyi ünvan)

______________________________________________________

(lisenziya verilən fəaliyyətin alt növünün adı)

həyata keçirilməsinə icazə verilir.

 

 

 

_______________________      _________   __________________

(lisenziyanın əlavəsini imzalayan (imzası)        (adı, soyadı və atasının adı)

şəxsin vəzifəsi)                   

 

  M.Y.

 

 

 

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM