Alternative content

02:51 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 294
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 294
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:08 06.08.2016

 

№ 294                                    Bakı şəhəri, 2 avqust 2016-cı il

 

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 225-VQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 926 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 4, maddə 299, N 8, maddə 550, N 10, maddə 639; 1999, N 2, maddə 150; 2000, N 5, maddə 374, N 7, maddə 559, N 8, III kitab, maddə 643, N 9, maddələr 690, 699, 700, N 10, maddə 770; 2001, N 4, maddə 289, N 8, maddə 561; 2002, N 4, II kitab, maddələr 209, 212; 2005, N 1, maddə 56; 2006, N 2, maddə 180, N 4, maddə 367, N 7, maddə 652; 2008, N 7, maddələr 672, 687; 2009, N 9, maddələr 742, 744, N 12, maddələr 1061, 1071; 2010, N 7, maddə 706, N 12, maddə 1114; 2011, N 1, maddə 68, N 8, maddə 774; 2012, N 1, maddə 39, N 7, maddə 779, N 10, maddə 1020; 2013, N 11, maddə 1458; 2014, N 4, maddə 456; 2015, N 7, maddə 895; 2016, N 4, maddə 801) aşağıdakı məzmunda 4.25-ci bənd əlavə edilsin:

“4.25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 5 il müddətinə.”. 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri