Alternative content

06:40 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Körfəz ölkələrindən gələn turistlər Azərbaycanda daha çox beşulduzlu otellərə üstünlük verirlər
Körfəz ölkələrindən gələn turistlər Azərbaycanda daha çox beşulduzlu otellərə üstünlük verirlər
ANA SƏHİFƏ / Turizm
07:08 04.08.2016

Körfəz ölkələrindən gələn ərəb turistlər Azərbaycanda daha çox beşulduzlu otellərə üstünlük verirlər.

Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində “Falcon Travel” şirkətinin direktoru Pərviz Musayev deyib. Daha çox ərəb ölkələrindən gələn turistlər üzrə çalışan şirkətin rəhbəri bildirib ki, bu il ərəb turistlərinin ölkəmizə gəlməsinin sayında ciddi artım müşahidə olunur. Bunun müxtəlif səbəbləri var.

“Ərəb ölkələrinin turistləri üçün Azərbaycanın cəlbedici olmasının səbəbi ölkəmizin təbiətinin möhtəşəmliyi, turistlər üçün əsas amillərdən olan restoranlarda yeməklərin halal olması, aeroportda sadələşdirilmiş viza rejiminə keçilməsi, birbaşa aviareyslərin həyata keçirilməsi və ölkəmizə uçuş məsafəsinin az olmasıdır. Həmçinin yay ayları ərəb ölkələrində kəskin isti olmasınında rolu var. Son zamanlar Türkiyədə baş verən hadisələrin nəticəsində Azərbaycana gələn ərəb turistlərin sayında kəskin artım müşahidə olunub”, - deyə P.Musayev əlavə edib.

P.Musayev qeyd edib ki, hazırda ölkəmizə ən çox turist Birləşmiş Ərəb Əmirliklərindən gəlir. Bundan əlavə Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman və İraqdan da gələn turistlər də üstünlük təşkil edir.

İraqdan gələn turistlərin aşağı kateqoriyalı, daha ucuz otelləri seçdiyini bildirən P.Musayev körfəz ölkələri turistlərinin Bakıda və regionlarda daha çox beşulduzlu otellərə üstünlük verdiklərini söyləyib.