Alternative content

06:12 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:08 03.08.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın etimadnaməsini qəbul edib.

Səfir Vey Cinhua fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vey Cinhua etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir Vey Cinhua Çin Xalq Respublikasının Sədri Si Cinpinin onun Azərbaycana səfir təyin edilməsi ilə bağlı etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf duyduğunu dedi. O, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı Çin Xalq Respublikasına ötənilki dövlət səfərini və səfər zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşünü məmnunluqla xatırladığını dedi. Prezident İlham Əliyev səfər zamanı aparılan müzakirələrin, qəbul edilən qərarların və eləcə də Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrini əhatə edən çoxlu sayda sənədlərin imzalanmasının ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini qeyd etdi. Bu səfər zamanı qəbul edilən qərarların həyata keçirilməsini vurğulayan dövlətimizin başçısı xüsusilə Yeni İpək Yolu layihəsinin uğurla reallaşdırılmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı artıq Azərbaycan vasitəsilə Çindən Avropa bazarlarına ilk test daşımalarının həyata keçirildiyini qeyd edərək ölkələrimiz arasında bütün başqa istiqamətlərdə də əlaqələrimizin inkişafı üçün böyük qarşılıqlı marağın olduğunu dedi.

Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın özünəməxsus şəkildə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın dövlətçiliyin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar əldə etdiyini və bu uğurların bütün dünyada maraqla izlənildiyini dedi. O, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artığını vurğuladı. Səfir bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev Çin xalqının böyük dostlarıdır. O, dövlətimizin başçısının Çinə son dəfə həyata keçirdiyi dövlət səfərini tarixi və uğurlu səfər kimi dəyərləndirdi və bu səfərin ikitərəfli münasibətlərimizin yeni bir mərhələyə yüksəlməsində xüsusi rolunu qeyd etdi. Səfir regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq, Çin Xalq Respublikasının ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırdı.

Diplomat Bakıya təxminən bir ay bundan əvvəl gəldiyini və paytaxtımızın onda böyük təəssürat yaratdığını dedi. Səfir Avropanın digər iri şəhərləri ilə müqayisədə öz müasirliyi və gözəlliyi ilə Bakının heç də onlardan geri qalmadığını və paytaxtımızda ictimai sabitliyin və əhalinin rifah halının yüksək səviyyədə olmasını məmnunluqla bildirdi.

Görüşdə ölkələrimizin radikalizm, ekstremizm və terrorizmə qarşı mübarizədə səylərinin birləşdirilməsinin vacibliyi qeyd olundu.

Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi.