Alternative content

18:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dubaylı turist: Azərbaycanda insanların öz tarixlərinə hörmətlə yanaşmaları çox xoşumuza gəldi
Dubaylı turist: Azərbaycanda insanların öz tarixlərinə hörmətlə yanaşmaları çox xoşumuza gəldi
ANA SƏHİFƏ / Turizm
05:08 02.08.2016

Azərbaycanda ilk dəfədir oluram. Ailəmlə birlikdə gəmişəm. Burada özümüzü qərib hiss etmirik. Hamı bizə isti münasibət göstərir. İnsanların öz tarixinə belə hörmətlə yanaşmaları, onu qoruyub saxlamağa çalışmaları çox xoşumuza gəldi.

Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən gələn turist Rəşid Hüseyn Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra AZƏRTAC-a müsahibəsində deyib.

Şəkidən əvvəl Qəbələ rayonunda da olduqlarını, “Tufandağ” Turizm İstirahət Kompleksində maraqlı bir gün keçirdiklərini bildirən ərəb turist bu yerlərin təbiətinə, yaşıllığına vurulduqlarını söyləyib. Qonaq bildirib ki, öz ölkəsindəki boz səhralardan sonra belə yaşıl təbiəti görmək olduqca xoşdur.

Şəki xanlarının sarayı ilə tanışlıqdan məmnun qalan Rəşid Hüseyn deyib: “Bu saray Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən xəbər verir. Sarayla tanışlıq zamanı hiss etdim ki, adətlərimizdə oxşarlıq çoxdur. Bizim insanlar da qədim zamanlarda yerdə, döşəmənin üstündə əyləşərdilər. Milli geyimlərimizdə, bəzək əşyalarımızda da çox oxşarlıq var”

Dubaylı turist Şəkidən sonra Bakıya yola düşəcəklərini, paytaxtla tanışlığı səbirsizliklə gözlədiklərini bildirib.