Alternative content

17:55 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mavi yanacaq bizə də rahatlıq gətirdi
Mavi yanacaq bizə də rahatlıq gətirdi
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 31.07.2016

 

Goranboy inkişafda, əhalinin sosial rifahı yüksəlməkdədir. İnkişaf kəndlərimizi də əhatə edir. Son illər yaşadığımız Qaradağlı kəndində aparılan abadlıq və quruculuq işləri biz sakinləri ürəkdən sevindirir. Yolumuz asfaltlanıb, yeni tibb məntəqəsi, poçt binası, elektron ATS, eləcə də məktəb binası inşa edilib. Bu yaxınlarda kəndimizə mavi yanacaq da verildi. 200-ə yaxın fərdi təsərrüfatı olan Qaradağlı kəndinin qazla təminatı üçün 3 kilometrə yaxın daşıyıcı qaz xətti çəkiılmiş, hər evdə sayğac quraşdırılmışdır.

Bu qayğıya görə dövlətimizə, qaz xəttinin çəkilişində əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk.

 

Saləddin ƏSGƏROV,

Goranboy rayonu Qaradağlı kəndinin sakini