Alternative content

03:16 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Əmma”lı terminallar
“Əmma”lı terminallar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 31.07.2016

 

Elmi-texniki tərəqqi həyatımızın hər sahəsini əhatə edir. Bunlardan biri  müxtəlif pul-maliyyə əməliyyatlarının terminallar vasitəsilə aparılmasıdır.

İlkin dövrdə Qubada quraşdırılan belə ödəniş terminalları insanların ehtiyacını ödəyirdi. Onlar bir-birindən aralı elə yerləşdirilmişdi, quraşdırılmışdı ki, hara getsən, əməliyyat həyata keçirmək mümkün idi. Lakin sonradan onların çoxu qapalı məkanlara köçürüldü. İndi demək olar ki, ödəniş terminallarının hamısı marketlərin içərisində yerləşdirilib. Bu səbəbdən hər hansı ödəmə əməliyyatını keçirmək istəyən gərək səhərin açılmasını gözləyə. Onu da qeyd edim ki, terminallar ticarət obyektləri açılandan bir neçə saat sonra işə salınır. Bu da haqlı narazılıq doğurur. 

Şəhərin bir neçə yerində - üstüörtülü (məsələn, Bakıda və Sumqayıtda belə nümunələr var) xüsusi kabinələrdə terminallar quraşdırılsa, daha faydalı olar. Özü də təkcə yerli əhalinin rahatlığını deyil, həm də Qubaya gələn turistləri də nəzərə almaq lazımdır.

 

Səmayə QARAYEVA,

Quba