Alternative content

10:06 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ASAN xidmət” işimizi asanlaşdırır
“ASAN xidmət” işimizi asanlaşdırır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 31.07.2016

 

Ölkə rəhbərinin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzləri işimizi xeyli asanlaşdırıb. Biz vaxt itirmədən bu mərkəzlərin xidmətlərindən yararlanmaqla istədiyimiz dövlət sənədlərini ala bilirik. Qeyd edim ki, operativ fəaliyyət göstərən bu mərkəzlər hər ay yeni xidmət növləri ilə də əhaliyə rahatlıq bəxş edir.

Bu günlərdə səyyar “ASAN xidmət” bizim rayonda da fəaliyyətə başlayıb. Şəxsiyyət vəsiqəmin müddəti sona çatdığından onu yeniləmək istədim. Rayonumuzdakı Heydər Əliyev Mərkəzinin qarşısında fəaliyyət göstərən həmin səyyar “ASAN xidmət” mərkəzinə getdim. Yarım saat ərzində mənə yeni şəxsiyyət vəsiqəsi verdilər. Burada sakinlərə notariat, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, pasportların verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və sair xidmətlər də göstərilir.

 

Nazim VERDİYEV,

Daşkəsən rayon sakini