Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

23:04 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvan buzxanası
Naxçıvan buzxanası
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 31.07.2016

 

Görkəmli dramaturq Cəlil Məmmədquluzadə “Buz” hekayəsində XIX əsrin sonları, XX əsrin əvvəllərində Naxçıvan şəhərinin küçə və meydanlarında, bazarlarda satılan buzdan bəhs edib. Əhali bu cür buz parçalarından sərinləmək üçün soyuq içkilərin hazırlanmasında, müxtəlif ərzaqların saxlanılmasında, təbabətdə geniş istifadə edərdi.

Təbii buz parçaları kəhriz və bulaqlardan, gözyaşı kimi çağlayaraq axan sudan qışda buzxanalarda hazırlanırdı. Buzxanalara çəkilmiş kəhriz suyu qış aylarında zirzəmiyə yığılaraq buz halına salınar, əriməməsi üçün samanla örtülər, yaya qədər saxlanılarmış. Bu işlə məşğul olanlar yayda ayaqlarına keçə bağlayaraq buzu çıxarar və satışını təşkil edərmişlər. Yeri gəlmişkən, Şərqdə məscid və hamamları, qala və saray kompleksləri ilə məşhur olan Naxçıvan orta əsrlərdən həm də buzxanaları ilə tanınmışdır.

Belə buzxanalardan ən böyüyü Naxçıvan şəhərindəki “İmamzadə” kompleksinin yaxınlığında yerləşir. Binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur. Uzunluğu 20, eni 9 metr olan bu buzxana ilk baxışdan birmərtəbəli binanı xatırlatsa da, ümumi hündürlüyü 9,6 metrdir. Binanın dam örtüyünün üzərində 6 ədəd kiçik günbəz ucaldılıb. Təxminən hər 3 metrdən bir qurulan çatmavari tağlararası boşluq tağbəndlə örtülüb. Binanın örtüyündəki kərpic hissələrindən bəlli olur ki, tağların yuxarısında tağbəndlərin konstruksiyası dəyişir və onlar kiçik tağbəndlərlə tamamlanır.

Ötən əsrin ortalarından elmi-texniki tərəqqi soyuducu sənayesini də inkişaf etdirdi. Beləcə, buzxanalardan istifadə arxa plana keçdi. Bir qədər sonra onlar, ümumiyyətlə, fəaliyyətlərini dayandırdılar. Buna baxmayaraq, son illərdə Buzxana abidəsi əsaslı şəkildə bərpa olunub. Hazırda bu buzxanadan milli mətbəximizin təbliği üçün istifadə olunur. Bu da muxtar respublikamıza gələn qonaqlara tariximizi və mədəniyyətimizi tanıtmağa imkan verir.

 

Səbuhi HƏSƏNOV,

Naxçıvan şəhəri 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM