Bilmirik uşaqları itlərdən qoruyaq, yoxsa velosipedçilərdən...
Hörmətli redaksiya!
Biz yaşadığımız yerin yaxınlığına, eyni zamanda rahatlığına və gözəlliyinə görə də tez-tez istirahətə Bakının məşhur Fəvvarələr meydanına çıxırıq. Bura paytaxt əhalisinin, eləcə də şəhərimizin qonaqlarının sevimli istirahət, gəzinti yerlərindəndir.
Di gəl ki, son zamanlar burada buruntaqsız və xaltasız it gəzdirənlərin, o cümlədən velosiped sürənlərin əlindən rahat istirahət edə bilmirik. Meydanda həmişə yaşlı insanlarla yanaşı xeyli uşaq da olur. Biz də nəvələrimizi mütəmadi olaraq bura gəzintiyə çıxarırıq. Amma hər dəfə də kor-peşman geri qayıdırıq. Bilmirik uşaqları ağızları açıq, bəzən sərbəst buraxılan itlərdən qoruyaq, yoxsa dəstə ilə meydanda şütüyən velosipedçilərdən. Nə it sahibləri iradımıza qulaq asır, heyvanların ağzıaçıq gəzdirilməsinin ətrafdakı insanlar üçün təhlükə törətməsini qəbul edir, nə də velosipedçilər yaratdıqları əsəb gərginliyini. Velosiped sürənlər gah sürətlə insanların arasından keçir, gah da elə ətraflarında fırlanır, iki və ya tək təkər üzərində müxtəlif oyunlar çıxarırlar.
Uşaqları, ümumiyyətlə, insanları itlər qapsa, yaxud onlar velosipedin təkərləri altında əzilib xəsarət alsalar, buna görə kim cavab verəcək? Cavab verən tapılsa belə, iş-işdən keçəndən sonra bunun kimə faydası olacaq?
Əlaqədar təşkilatlardan xahiş edirik ki, Fəvvarələr meydanında, həmçinin şəhərimizin digər ictimai yerlərində heyvanların təhlükəsizlik qaydalarına riayət etməklə gəzdirilməsinə, o cümlədən velosipedlərin müvafiq yerlərdə, əhalinin istirahətinə mane törətməyəcək tərzdə sürülməsinə nəzarəti gücləndirsinlər.
Dürdanə AĞAYEVA,
Bakı şəhəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tərəfdaşlıqdan strateji müttəfiqliyə
25 Aprel
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!