31 Iyul 2016 12:07
670
Oxucu məktubları
A- A+

Bilmirik uşaqları itlərdən qoruyaq, yoxsa velosipedçilərdən...

 

Hörmətli redaksiya!

Biz yaşadığımız yerin yaxınlığına, eyni zamanda rahatlığına və gözəlliyinə görə  də tez-tez istirahətə Bakının məşhur  Fəvvarələr meydanına çıxırıq.  Bura  paytaxt əhalisinin, eləcə də şəhərimizin qonaqlarının  sevimli istirahət, gəzinti yerlərindəndir.

Di gəl ki, son zamanlar burada  buruntaqsız və xaltasız it gəzdirənlərin, o cümlədən velosiped sürənlərin əlindən rahat istirahət edə bilmirik. Meydanda həmişə yaşlı insanlarla yanaşı xeyli uşaq da olur.  Biz də nəvələrimizi mütəmadi olaraq bura gəzintiyə çıxarırıq. Amma hər dəfə də kor-peşman geri qayıdırıq. Bilmirik  uşaqları  ağızları açıq, bəzən sərbəst buraxılan itlərdən qoruyaq, yoxsa dəstə ilə meydanda  şütüyən  velosipedçilərdən. Nə it sahibləri iradımıza qulaq asır, heyvanların ağzıaçıq gəzdirilməsinin ətrafdakı insanlar üçün təhlükə törətməsini qəbul edir, nə də velosipedçilər yaratdıqları əsəb gərginliyini. Velosiped sürənlər gah sürətlə insanların arasından keçir, gah da elə ətraflarında fırlanır, iki və ya tək təkər üzərində müxtəlif  oyunlar çıxarırlar.

Uşaqları, ümumiyyətlə, insanları  itlər qapsa, yaxud onlar velosipedin təkərləri altında əzilib xəsarət alsalar, buna görə kim cavab verəcək? Cavab verən tapılsa belə, iş-işdən keçəndən sonra bunun kimə faydası olacaq?

Əlaqədar təşkilatlardan xahiş edirik ki, Fəvvarələr meydanında, həmçinin şəhərimizin digər ictimai yerlərində heyvanların təhlükəsizlik  qaydalarına  riayət etməklə gəzdirilməsinə, o cümlədən velosipedlərin müvafiq yerlərdə, əhalinin istirahətinə mane törətməyəcək tərzdə sürülməsinə nəzarəti gücləndirsinlər.

 

Dürdanə AĞAYEVA,

Bakı şəhəri 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video