Alternative content

07:01 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 283
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 283
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:07 30.07.2016

№ 283                                    Bakı şəhəri, 25 iyul 2016-cı il

“İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası”nın təsdiq  edilməsi barədə

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 iyultarixli 283 nömrəli qərarı ilə təsdiq edilmişdir.

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının (bundan sonra - silah və ya döyüş sursatı) inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydasını müəyyən edir.

1.2. Silahın və ya döyüş sursatının götürülməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq həyata keçirilir.

1.3. İnzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs götürülmüş silahı və ya döyüş sursatını bu Qaydaya uyğun olaraq saxlanılmağa verənədək onun mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirlər görür.

1.4. Götürülmüş silahın və ya döyüş sursatının mənimsənil-məsi, özgəninkiləşdirilməsi, dəyişdirilməsi, xidməti və digər qanunsuz məqsədlərlə istifadə olunması qadağandır və qanun-vericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

1.5. İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah və ya döyüş sursatı inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə müvafiq qərarı qanuni qüvvəyə mindiyi günədək saxlanılır.

2. İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının uçotu qaydası

2.1. Götürülmüş silahın və ya döyüş sursatının itirilməsi, oğurlanması, təyinatına uyğun olmadan istifadə edilməsi hallarının qarşısının alınması məqsədi ilə uçotu aparılır.

2.2. Götürülmüş silah və ya döyüş sursatı onun növünü, təyinatını və texniki vəziyyətini müəyyən etmək məqsədi ilə müvafiq ekspert rəyi alındığı vaxtdan dərhal sonra silahın və ya döyüş sursatının götürülməsi haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən ərazi aidiyyəti üzrə polis orqanının növbətçi hissəsinə təhvil verilir. Ekspert rəyi verilənədək götürülmüş silahın və ya döyüş sursatının saxlanıldığı otaqlar və şkaflar (seyflər) bu Qaydanın 3-cü hissəsi ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.

2.3. Polis orqanının məsul növbətçisi götürülmüş silahı və ya döyüş sursatını qəbul edərkən silahın və ya döyüş sursatının götürülməsi haqqında protokolda silahın markası, modeli, seriyası, nömrəsi, istehsal ili, xarici görünüşü və digər eyniləşdirmə əlamətləri, o cümlədən döyüş sursatının növü və miqdarı barədə göstərilən məlumatların həqiqiliyini, habelə protokola əlavə olunmuş fotoşəkillərə və (və ya) videoyazıya uyğunluğunu yoxlayır və 3 nüsxədən ibarət “Silahın və ya döyüş sursatının qəbul edilməsi barədə qəbz” tərtib edir (1 nömrəli əlavə). Qəbzin birinci nüsxəsi silahı və ya döyüş sursatını təhvil verən vəzifəli şəxsə təqdim edilir. İkinci nüsxəsi digər sənədlərlə (silahın və ya döyüş sursatının götürülməsi haqqında protokolun surəti, müvafiq raport və ya müşayiət məktubu və s.) birgə polis orqanının kargüzarlıq xidmətində qeydiyyatdan keçirilərək orqanın rəisinə məruzə olunur, üçüncü nüsxəsi (qəbzin kötüyü) nəzarət üçün növbətçi hissədə qalır. Silahın və ya döyüş sursatının götürülməsi haqqında protokolda göstərilən məlumatlarla təhvil verilən silahın və ya döyüş sursatının faktiki növü, miqdarı və digər eyniləşdirmə əlamətləri arasında uyğunsuzluq olduqda, silah və ya döyüş sursatı saxlanılmağa qəbul edilməklə inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxsin iştirakı ilə akt tərtib edilir. Uyğunsuzluğun səbəblərinin (götürülmüş silahın və ya döyüş sursatının itirilməsi, oğurlanması, dəyişdirilməsi, özgəninkiləşdirilməsi və digər qanunsuz məqsədlərlə istifadəsi hallarının) müəyyən edilməsi məqsədi ilə silahı və ya döyüş sursatını təhvil verən vəzifəli şəxsin aid olduğu səlahiyyətli orqanlar tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

2.4. Məsul növbətçi qəbul edilmiş silahı və ya döyüş sursatını silahın və döyüş sursatının saxlanılması üçün polis orqanında xüsusi ayrılmış otaqda metal şkafa yerləşdirir və qapılarını qıfılla kilidləyərək möhürləyir.

2.5. Polis orqanı rəisinin yazılı göstərişi ilə silah və ya döyüş sursatı qəbzin kötüyündə imza etdirilməklə məsul növbətçi tərəfindən cavabdeh əməkdaşa təhvil verilir. Həmin əməkdaş təhvil aldığı silah və ya döyüş sursatını dərhal “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının qeydiyyatı kitabı”nda qeydiyyata alır, onları xüsusi ayrılmış otaqda metal şkafa yerləşdirir, qapılarını qıfılla kilidləyərək möhürləyir və şkafın açarlarını silahın və ya döyüş sursatının mühafizəsi məqsədi ilə məsul növbətçiyə təhvil verir (2 nömrəli əlavə). Növbənin qəbulu və təhvili zamanı möhürlənmiş şkafların üzərində möhürün izlərinin tamlığı yoxlanılır.

2.6. Qəbz və qeydiyyat kitabları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il  27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq nömrələnir (tikilir, möhürlənir) və kargüzarlıq xidmətində qeydiyyata alınır. Növbə dəyişən zaman qəbzlər və digər sənədlər silah və ya döyüş sursatı ilə birlikdə növbə üzrə təhvil verilir.

3. İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının saxlanılması qaydası

3.1. Götürülmüş silah və ya döyüş sursatı rayon (şəhər) polis orqanlarında xüsusi ayrılmış otaqlarda saxlanılır.

3.2. Otaqlar digər yardımçı və xidməti otaqlardan təcrid olunmalı, əsaslı divarlara, möhkəm, etibarlı tavana və döşəməyə malik olmalıdır.

3.3. Otaqların 2 etibarlı qapısı (xarici qapı dəmirdən, daxili qapı şəbəkə formasında metal çubuqlardan hazırlanmalıdır) olmalı, xarici qapı 2 daxili qıfılla, daxili qapı daxili və ya asma qıfılla kilidlənməli və möhürlənməlidir (plomblanmalıdır).

3.4. Pəncərələrin daxili hissəsi dəmir barmaqlıqlarla təchiz edilməli, hər barmaqlığın kənarları divarlara ən azı 8 sm məsafədə yerləşdirilməlidir. Barmaqlıqların diametri 15 mm-dən az, onların kəsişdiyi məsafə isə 150x150 mm-dən çox olmamalıdır.

3.5. Otaqlar mərkəzləşdirilmiş siqnalizasiya sisteminə qoşulmalı, bu mümkün olmadıqda yüksək səsverici qurğu ilə təmin edilməli, müasir texniki və ya digər mühafizə vasitələri, habelə yanğından mühafizə vasitələri ilə təchiz olunmalı və mövcud sanitar normalara cavab verməlidir.

3.6. Otaqlarda havanın hərarəti və rütubətliliyi silah və döyüş sursatının təhlükəsiz saxlanılmasını təmin edən səviyyədə olmalı, yanğın təhlükəsizliyi qayda və normalarına ciddi riayət olunmalıdır. Otaqlarda siqaret çəkmək, açıq alovlu, duru yanacaqlı işıqlandırıcı vasitələrdən (cihazlardan) istifadə etmək, yanacaq və tezalışan materiallar saxlamaq, otaqların çıxışlarında sərbəst hərəkətə mane olan əşyalar yerləşdirmək qəti qadağandır.

3.7. Otaqlarda olan bütün inventarlar (metal şkafların (seyflərin) sayı və nömrələri, hansı möhürlə möhürlənməsi müfəssəl göstərilməklə) siyahıya alınmalıdır.

3.8. Silah və döyüş sursatı saxlanılan otaqların və metal şkafların (seyflərin) iki komplekt açarları olmalı, onlardan biri polis orqanının növbətçi hissəsinin məsul növbətçisində, digəri isə möhürlənmiş zərfdə polis orqanının rəisində saxlanılmalıdır.

3.9. Otaqlar silahın və ya döyüş sursatının saxlanılması üçün divarlarının qalınlığı 3 mm-dən az olmayan, hər birinin ən azı iki daxili qıfılı olan metal şkaflarla (seyflərlə) təchiz edilməlidir. Şkafların üzərinə onların nömrəsi, maddi məsul şəxsin soyadı, adı və şəxsi möhürü barədə məlumatları əks etdirən yarlıq, qapılarının içəri hissəsinə isə orada saxlanılan silahların nömrələri və döyüş sursatlarının miqdarı göstərilən siyahı yapışdırılır. Şkaflar silahların yerləşdirilməsi və silahların süngüləri üçün münasib oyuqlarla təchiz olunur.

3.10. Silahlar və ya döyüş sursatları metal şkaflara növlərindən, ölçülərindən və digər xüsusiyyətlərindən asılı olaraq yerləşdirilir.

3.11. Silah və sursatların digər əşyalarla birgə saxlanılmasına, habelə silah və döyüş sursatlarının eyni şkafda saxlanılmasına yol verilmir.

3.12. Silahlar qobursuz, sandığı çıxarılmış, tətiyi buraxılmış və qoruyucuya qoyulmuş vəziyyətdə, bir-birinə toxunmamaq şərtilə saxlanılır.

4. İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının təhvil verilməsi qaydası

4.1. Götürülmüş silah və ya döyüş sursatı barədə məsələlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda həll olunur.

4.2. Silah və ya döyüş sursatı inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindikdə, sahibinə və ya onun vəkalət verdiyi şəxsə, onların ərizə ilə müraciətindən dərhal sonra qaytarılır və cavabdeh əməkdaş tərəfindən bu barədə “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının qeydiyyatı kitabı”nda zəruri qeydlər aparılır.

4.3. Silah və ya döyüş sursatı sahibinə inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindikdən sonra 10 il ərzində polis orqanlarına ərizə ilə müraciət edildiyi halda qaytarılır. Göstərilən müddətdə silahın və ya döyüş sursatının sahibi və ya onun vəkalət verdiyi şəxs müraciət etmədikdə, silahın və ya döyüş sursatının dövlət mülkiyyətinə keçirilməsi üçün zəruri tədbirlər görülür.

4.4. İnzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında silahın və ya döyüş sursatının müsadirə edilməsi nəzərdə tutulduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada onların dövlət mülkiyyətinə verilməsi həyata keçirilir.

4.5.  Götürülmüş silah və ya döyüş sursatı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatına aid olduqda, dövlət mülkiyyətinə keçirilməsi və ya məhv edilməsi üçün onlar üzərində sərəncamvermə səlahiyyəti olan aidiyyəti dövlət orqanlarına təhvil verilir.

5. İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının saxlanılmasına nəzarət və məsuliyyət

5.1. Götürülmüş silahın və ya döyüş sursatının saxlanılmasının vəziyyətinə nəzarət məqsədi ilə polis orqanının rəhbərliyi tərəfindən ayda bir dəfədən az olmayaraq onların saxlanıldığı yerlərə baxış keçirilir.

5.2. Baxış zamanı silah-sursatın əskikliyi, itirilməsi, korlanması, qeydiyyata alınmaması, özgəninkiləşdirilməsi, mühafizəsi təmin edilməyən yerlərdə saxlanılması faktları müəyyən edildikdə, polis orqanı tərəfindən dərhal xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri ümumiləşdirilir və müvafiq qaydada arayış tərtib olunur.

5.3. Götürülmüş silahın və ya döyüş sursatının uçotu, saxlanılması və təhvil verilməsi qaydasının pozulması onların itirilməsinə, korlanmasına səbəb olduqda, təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

“İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahınvə döyüş sursatının saxlanılması Qaydası”na

1 nömrəli əlavə

Silahın və ya döyüş sursatının

qəbul edilməsi haqqında

____ №-li QƏBZİN KÖTÜYÜ

Silahın və ya döyüş sursatının

qəbul edilməsi haqqında

____ №-li QƏBZ

Silahın və ya döyüş sursatının

qəbul edilməsi haqqında

____ №-li QƏBZ

______________________________________________

(silahı və ya döyüş sursatını təhvil verən vəzifəli şəxsin

______________________________________________

vəzifəsi, soyadı, adı, atasının adı)

______________________________________________

Qəbul edilmişdir:

Silah       ______________________________________

                                                                    (növü)

Kalibri     ______________________________________

Markası  ______________________________________

Modeli    ______________________________________

Seriyası  ______________________________________

Nömrəsi ______________________________________

İstehsalili  ____________________________________

Ümumi texniki vəziyyəti__________________________

(görünən nasazlıqları)

______________________________________________

______________________________________________

Döyüş sursatı (patronlar)__________________________

(adı, növü, kalibri, miqdarı rəqəm və sözlə yazılmaqla)

______________________________________________

______________________________________________

______________________________________________

(silahı və ya döyüş sursatını qəbul edən şəxsin

______________________________________________

vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)

                               _________________________

                                                                                              (imza)

                               ___   _____________20____il

______________________________________________

(silahı və ya  döyüş sursatını saxlanması üçün qəbul edən

______________________________________________

şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)

                               ___   _____________20_____il

______________________________________________

(silahı və ya döyüş sursatını saxlanması üçün qəbul edən

______________________________________________

şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)

                               _________________________

                                                                                              (imza)

                               ___   ______________20____il

                               ________________________

                                                                                              (imza)

                               ___   _____________20____il

______________________________________________

(silahı və ya döyüş sursatını saxlanması üçün qəbul edən

______________________________________________

şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)

                               _________________________

                                                                                              (imza)

                               ___   ______________20____il

“İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahınvə döyüş sursatının saxlanılması Qaydası”na

2 nömrəli əlavə

(Üz qabığı)

 İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş

silahın və ya döyüş sursatının qeydiyyatı

K İ T A B I

__________________________________________________

(polis orqanı)

Başlanıb “_____” ___________20______

Qurtarıb “_____” ___________20______

(Səhifələri)

Sıra №-si

Silahı və ya döyüş sursatını təhvil verən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı

Silahın və ya döyüş sursatının qəbul edilməsi barədə qəbzin nömrəsi

Silahın və ya döyüş sursatının adı

Silahın və ya döyüş sursatının

saxlanıldığı metal şkafın nömrəsi

Silahın və ya döyüş sursatının təhvil verilməsi haqqında qeyd

Qeyd

növü

kalibri

markası və

modeli

seriyası və nömrəsi

istehsal

ili

döyüş sursatının növü, kalibri və  miqdarı

verilmə tarixi

kimə  verilib

təhvil verilmə üçün əsas olan sənədin nömrəsi və tarixi

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14