29 Iyul 2016 12:07
792
Oxucu məktubları
A- A+

Müraciətə baxılıb, qərar verib tədbir görmək qalıb

 

“Azərbaycan” qəzetinin 15 may 2016-cı il tarixli nömrəsində 9-cu mikrorayon sakinləri adından “Bütün sərnişinlərin rahatlığı nəzərə alınmalıdır” başlığı altında oxucu məktubu dərc olunmuşdu. Məktubda mikrorayonun aşağı hissəsindəki son dayanacağa qədər 6 avtobus marşrutu işlədiyi halda, yuxarı əraziyə cəmi birinin qalxmasından bəhs edilmişdi. Bu səbəbdən sərnişinlərin mikrorayonun yuxarı hissəsinə piyada qalxmaq məcburiyyətində qaldığını vurğulayan müəllif vətəndaşların çəkdiyi əziyyətin nəzərə alınmasını, əvvəllər fəaliyyət göstərmiş 27 nömrəli  marşrutun  bərpasını, yaxud digər marşrut sxemlərinin yaşayış məntəqəsinin  yuxarısına qədər uzadılmasını istədiklərini bildirmişdi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyində bu müraciətə baxılıb, məsələ ilə bağlı redaksiyaya agentliyin baş direktoru Vüsal Kərimlinin imzası ilə aşağıdakı məzmunda məktub göndərilib:

 

“Bütün sərnişinlərin rahatlığı nəzərə alınmalıdır” sərlövhəli oxucu məktubuna Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyində baxılmışdır.

Hazırda Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşrutlarının optimallaşdırılması üçün müvafiq araşdırmalar aparılaraq marşrut şəbəkəsində təkmilləşdirilmə işləri həyata keçirilir.

Görüləcək işlər çərçivəsində 9-cu mikrorayonun yuxarı hissəsinə marşrut avtobuslarının hərəkət etməsi ilə bağlı müraciət müvafiq qaydada araşdırıldıqdan sonra məqsədəmüvafiq hesab edildiyi halda nəzərə alınacaqdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video