Alternative content

18:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 276
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 276
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:07 24.07.2016

 

№ 276                                    Bakı şəhəri, 15 iyul 2016-cı il

 

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət  növlərinin  Siyahısı”nın  təsdiq  edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanının 3.3-cü və “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanının 3.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 11, maddə 1072, N 12, maddə 1247; 2012, N 1, maddə 40, N 3, maddə 256, N 10, maddə 1016, N 11, maddə 1207; 2013, N 6, maddələr 745, 757, N 7, maddə 868, N 8, maddələr 1005, 1018, N 11, maddə 1466,

N 12, maddə 1639; 2014, N 1, maddə 69, N 2, maddələr 191, 201, 207, N 3, maddələr 307, 317, N 4, maddə 449, N 5, maddə 560, N 6, maddələr 733, 747, N 7, maddələr 920, 953, N 10, maddələr 1287, 1319, N 11, maddələr 1505, 1506, N 12, maddə 1656; 2015, N 1, maddə 71, N 4, maddə 465, N 5, maddə 609, N 6, maddə 790, N 7, maddə 893, N 11, maddələr 1415, 1421, N 12, maddə 1573; 2016, N 2, II kitab, maddələr 367, 384, N 4, maddələr 774, 830, N 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 iyul tarixli 260 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda 6.11-ci və 6.12-ci bəndlər əlavə edilsin:

 

6.11.

İnvestisiya təşviqi sənədinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

6.12.

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri