Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

21:15 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Turizm şirkətlərinə müraciət edən şəxslərə xəbərdarlıq edilib
Turizm şirkətlərinə müraciət edən şəxslərə xəbərdarlıq edilib
ANA SƏHİFƏ / Turizm
03:07 21.07.2016

Mədəniyyət və Turizm Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bəzi turizm şirkətləri vətəndaşlara turizm məhsulunu təqdim edərkən ölkə qanunvericiliyində nəzərdə tutulan tələblərə riayət etmir və bu da vətəndaşlarda çaşqınlıq yaradır. Xarici ölkələrə turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətin turist vauçerini, səfərlə bağlı ödəniş sənədlərini, eləcə də “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etmələri xahiş olunur. Bu kimi halların qarşısının alınması məqsədilə nazirlik “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq hazırlanan müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir.

Məlumata əsasən, müqavilə ölkə qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır: “Turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat, səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat, tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var. Həmçinin turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtləri diqqətlə oxunduqdan sonra imzalanması tövsiyə olunur”.

Qeyd edək ki, turizm vauçeri – turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəddir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM