Alternative content

14:51 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəlin separatçı rejimə aid adları təkrar etməyək
Gəlin separatçı rejimə aid adları təkrar etməyək
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 17.07.2016

Bir müddət əvvəl Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayını diqqətlə izlədik. Orada söylənilən  fikirləri və alınan qərarları hər bir azərbaycanlı üçün fəaliyyət proqramı kimi qəbul edirik. Prezidentin davam edən ideoloji-informasiya müharibəsi haqqında söylədiklərini, qarşıya qoyduğu vəzifələri dəstəkləyirik. Dünya azərbaycanlılarını düşmənə qarşı bu cəbhədə də fəal olmağa, eyni konsepsiyadan, mövqedən  çıxış etməyə səsləyirik.

 

Hörmətli redaksiya!

Qəzetiniz vasitəsilə bütün oxuculara, həmçinin KİV əməkdaşlarına, ictimai xadimlərə, mədəniyyət işçilərinə - bir sözlə, istər Azərbaycanda, istərsə də xaricdə ictimaiyyət qarşısında fikir söyləyib yazmaq səlahiyyəti olan hər kəsə müraciət etmək istəyirik: gəlin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki qanunsuz və separatçı rejimi onların özlərini adlandırdıqları formada ifadə etməyək. Fərqi yoxdur, dırnaqda və ya önünə “qondarma”  yazsaq, desək də, onların adlarını  təkrarlamayaq.

Vahid ifadə formasının da sadə yolu var: qanunsuz pejimin “struktur”larını, “vəzifə”lərini  dövlət rəsmilərimizin  istifadə etdiyi terminlərlə ifadə etmək daha məqbul olar. Bunun üçün sadəcə Prezidentin çıxışlarını, rəsmi sənədləri izləmək lazımdır.

Təəssüf ki, yerli KİV, bəzi ekspert və şərhçilər fərqinə varmadan ermənilərin qondarma rejim adlarından  istifadə etmələri bir yana, onların mənbələrinə istinad edirlər. Ermənilərin  istədiyi də elə budur. Qurama rejimin adını tez-tez çəkməklə onun varlığını ictimaiyyətə qəbul etdirmək, tərəf olaraq leqallaşdırmaq niyyəti güdürlər. Eyni zamanda Azərbaycan cəmiyyətinə təsir üçün nəzərdə tutulan  bu sayaq ideoloji marerialları, xəbərləri  olduğu kimi təkrarlayıb tirajlamaq olmaz. Bu, birbaşa düşmən dəyirmanına su tökməkdir. Qondarma rejimi, erməni KİV-ini, saytlarını, videokanallarını təbliğ etmək, tanıtmaqdır. Odur ki, diqqətli olmalı, düşmən materiallarını süzgəcdən keçirməli, lüzumsuz təkrarçılığa yol verməməklə ermənilərin ideoloji həmlələrinə hamılıqla qalxan olmalıyıq.

 

Moskvada yaşayan bir qrup azərbaycanlı adından:

Ülfət MƏMMƏDOV,

İradə NƏBİYEVA,

Əli MƏMMƏDOV


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM