Alternative content

13:42 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ürəyimdə bir nisgil var...
Ürəyimdə bir nisgil var...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 17.07.2016

 

Artıq ömrümün ixtiyar çağındayam. 80 yaşım tamam  olub. Bütün həyatımı işə,  ailəmə həsr etmişəm. Minnətdarlıqla qeyd edim ki, çəkdiyim zəhmət ən yüksək qiymətə layiq görülmüşdür. Sosialist Əməyi  Qəhrəmanı olmaqla yanaşı, həm də qəhrəman anayam. Bir qadın üçün bundan da şərəfli ad olarmı?

Hörmətli redaksiya!

Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildən Prezident təqaüdü alıram. Bu gün də qayğı və diqqətlə əhatə olunmuşam. Laçın Rayon İcra Hakimiyyəti 80 yaşımın tamam olması münasibətilə yubiley tədbiri keçirdi. Ünvanıma xoş sözlər deyildi, fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu. Ana adını, qadın şərəfini uca tutub yüksək qiymətləndirən hər kəsə minnətdaram.

Halal zəhmətimlə şöhrətin zirvəsinə ucalmışam. Ürəyimdə bircə nisgil var: doğma Laçına qovuşmağı çox istəyirəm. İnanıram ki, ölkəmizin müdrik rəhbəri cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində bu arzuma tezliklə qovuşacağam.

 

Şərqiyyə  VƏLİYEVA,

Laçın rayonundan məcburi köçkün