Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:53 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənc aktrisanın uğurları
Gənc aktrisanın uğurları
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 17.07.2016

Bu yaxınlarda Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” tamaşası səhnəyə qoyuldu. Həvva Zərlinskaya rolunu ifa edən gənc aktrisa Nurbəniz Niftəliyevanın oyunu tamaşaçıların daha çox diqqətini çəkdi.

Bu, Nurbənizin səhnədə qazandığı ilk uğur deyil. Onun çıxışı əvvəllər də alqışlarla qarşılanıb. O, Bakı Mədəni-Maarif Texnikumunda bədii yaradıcılıq ixtisası üzrə təhsil alandan sonra 2007-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Sonra Nurbəniz fəaliyyətini Şərur Xalq Teatrında davam etdirib. Hazırda Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışır. İndiyə kimi bu səhnədə Çexovun “Russayağı evlənmə” əsərində Natalya, İslam Səfərlinin “Göz həkimi” əsərində Gülər, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Nina, Müzəffər Nəsirlinin “Qonçabəyim nəğməsi” əsərində Pəri, Nazim Hikmətin “Kəllə” pyesində Dalbanezonun qızı, Nəriman Nərimanovun “Nadanlıq” əsərində Gülpəri və başqa obrazları canlandırıb.

Nurbəniz Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində təhsilini davam etdirir və özünü rejissorluqda da sınayır. Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində göstərilən Abdulla Şaiqin “Danışan kukla” tamaşasının rejissoru, Əli Əmirlinin “Varlı qadın” tamaşasının ikinci rejissoru olub.

Nurbənizin çalışqanlığı dövlət tərəfindən də yüksək qiymətləndirilir. Ən böyük nailiyyəti 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməsidir. 2015-ci ildə isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “ASSİTEJ-Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən Gənclərin III Ümumrespublika Teatr Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub. 

Deyirlər, teatr sənətində zirvə yoxdur. Aktyor ucaldıqca ucalmalıdır. Bu yolda Nurbənizə uğurlar arzulayırıq.

 

Sara ƏZİMOVA,

Naxçıvan


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM