Alternative content

13:24 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ona inanırıq
Ona inanırıq
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 17.07.2016

Mahir Məmmədzadə Oğuz rayonunun Xaçmazqışlaq kənd tam orta məktəbinin builki məzunlarındandır. O, məktəb illərində kitablara könüldən bağlanıb, müəllimlərinin  tapşırıqlarını məsuliyyətlə yerinə yetirib. İctimai fəallığı ilə də seçilib, ədəbi-bədii gecələrdə, bilik yarışlarında, “dəyirmi masa”larda, elmi  konfranslarda iştirak edib. Respublika əhəmiyyətli tədbirlərə göndəriləndə Oğuzu ləyaqətlə təmsil edib.

 

Ən böyük uğurlarından biri rayon və zona  mərhələlərini qələbə ilə başa vuraraq bu il respublika üzrə keçirilən fənn olimpiadasının finalında birinci yerə çıxıb qızıl medal qazanmasıdır.

Deyir ki, Süleyman Rəhimovun “Mehman” povestini oxuyandan sonra hüquqşünas olmaq qərarına gəlib. İnanırıq ki, o, arzusuna çatacaq, savadlı, qətiyyətli, bacarıqlı hüquqşünas olub qanunun keşiyində dayanacaq.

 

Emin ƏZİMLİ,

Oğuz rayonu