Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

19:03 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qurunun oduna yaş da yanır
Qurunun oduna yaş da yanır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 17.07.2016

Hörmətli redaksiya!

Son 10-15 il ərzində Masallı rayonunda da çox iş görülmüşdür. Küçələr, prospektlər əsaslı şəkildə yenidən qurulmuş, parklar salınmış, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, uşaq bağçaları, yaşayış evləri, ictimai binalar, ticarət mərkəzləri tikilmiş, yeni istehsal sahələri yaradılmış, köhnələri əsaslı şəkildə təmir olunmuşdur. Tikinti-quruculuq, abadlıq işləri bu gün də sürətlə davam etdirilir. Masallı əhalisinin onilliklər boyu arzusunda olduğu su-kanalizasiya xəttinin çəkilişində son tamamlama işləri görülür. Rayon mərkəzində inşa olunan tarix-diyarşünaslıq muzeyində, uşaq incəsənət məktəbində, “Asan xidmət”in binasında işlər bitmək üzrədir. Rayonun kəndlərinə təbii qaz xətləri çəkilir. Bütün bunlar Masallı camaatını hədsiz dərəcədə sevindirir. Amma bunlarla yanaşı, elə məsələlər ortaya çıxır ki, təəssüf hissi doğurur, sanki görülən işləri gözdən salmağa xidmət edir.

Yaşadığımız Ərkivan qəsəbəsi Masallı şəhərinə bitişikdir. İyun ayının 6-dan qəsəbəyə çəkilən qaz xəttini “Azəriqaz” İstehsalat Birliyinin, Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin işçiləri bağlamışlar. Səbəbi qəsəbə sakinlərinin bir qisminin  işlətdikləri qazın pulunu verməmələridir. Daha dəqiq desək, 2 min 841 abonentin 2 min 715-nin müxtəlif məbləğdə borcu var. Qalan 126 nəfərin heç bir borcu yoxdur. Rayonun Qəriblər, İsilər, Kosakül kəndlərində də vəziyyət belədir. İndi sual olunur: axı niyə qurunun oduna yaş da yanmalıdır? Bizcə, pulunu vaxtlı-vaxtında ödəyən abonentlər qaz almalıdırlar ki, pul verməyənlər bundan nəticə çıxarsınlar. Digər tərəfdən, qəsəbənin başlanğıcından qazı bağlamaq asan işdir. Çalışıb məsələnin həlli yolunu tapmaq lazımdır. Bizcə, ən yaxşı variant hər bir abonent üçün smart tipli sayğacın qoyulmasıdır. Belə olduqda nə istehlakçı, nə də satıcı narazı qalar. Ümidvarıq ki, əlaqədar təşkilatlar bu problemə tezliklə əncam çəkəcəklər.

 

Masallı rayon Ərkivan

qəsəbəsinin sakinləri:

Gülağa ƏSGƏROV, Orxan DADAŞOV,

Gülarə ƏLİYEVA, Nadir CAHANGİROV,

Vəkil İSMAYILOV


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM