Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:35 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar № 272
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar № 272
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:07 16.07.2016

 № 272                     Bakı şəhəri, 11 iyul 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 1, maddə 58; 2012, N 1, maddə 34, N 10, maddə 1007; 2014, N 10, maddə 1329; 2015, N 12, maddə 1562) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.3-1-ci, 2.4-1-ci, 2.5-1-ci, 2.5-2-ci, 2.5-3-cü, 4.4-1-ci, 4.11-1-ci, 4.11-2-ci,  4.11-3-cü və 4.14-1-ci bəndlər əlavə edilsin:

“2.3-1. Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılır.

2.4-1. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.

2.5-1. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

2.5-1.1. qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

2.5-1.2. şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

2.5-2. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

2.5-3. Uşaqların sayı 10-dan az olduğu halda, məktəbəhazırlıq qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılır.

4.4-1. Məktəbəhazırlıq qruplarına qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

4.4-1.1. məktəbin direktorunun adına ərizə;

4.4-1.2. uşağın mübadilə vərəqəsi;

4.4-1.3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

4.4-1.4. uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli.

4.11-1. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

4.11-2. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünür:

4.11-2.1. I yarım il: 1 oktyabr - 26 yanvar;

4.11-2.2. II yarım il: 1 fevral - 31 may.

4.11-3. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

4.11-3.1. 5 gün payız tətili (16-20 noyabr);

4.11-3.2. 5 gün qış tətili (27-31 yanvar);

4.11-3.3. 5 gün əlavə tətil (1-5 may).

4.14-1. Məktəbəhazırlıq qruplarında uşaqların məktəbə hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili Qaydaları”nın 4-cü hissəsinə əsasən həyata keçirilir.”.

2. 4.14-cü bənddə “35” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM