Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:48 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Üstünə canavar cuman kəndli ərizəni necə yazsın?!
Üstünə canavar cuman kəndli ərizəni necə yazsın?!
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 09.07.2016

 

“Azərbaycan” qəzetinin 15 may 2016-cı il tarixli nömrəsində “Canavarlar kəndə girir” sərlövhəli məqalə dərc edilmişdi. Məqalədə son illər  ölkəmizin müxtəlif bölgələrində vəhşi heyvanların yaşayış məntəqələrinə artan hücumlarından, onların insanlara, fərdi təsərrüfatlara vurduğu ziyandan bəhs olunurdu.

Yazı dərc olunandan sonra  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  ünvanladığımız müraciətdə  problemin aktuallığını, vəhşi heyvanların kəndli təsərrüfatlarına hücumları nəticəsində vətəndaşlara dəyən maddi-mənəvi zərərin ilbəil intensivləşdiyini nəzərə alaraq məsələyə münasibət bildirilməsini, görüləcək tədbirlər haqqında məlumat verilməsini  xahiş etmişdik.

Müraciətimizə  36 gündən sonra cavab gəldi. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru V.Cavadovun  21 iyun 2016-cı il tarixində imzaladığı cavab məktubunda deyilir:

“Azərbaycan” qəzetinin 2016-cı il 15 may tarixli nömrəsində dərc olunmuş “Canavarlar kəndə girir” başlıqlı məqalədə qaldırılan məsələlərə departamentdə baxılmışdır.

Azərbaycan Respublikası “Avropanın Canlı Təbiətinin və Təbii Mühitinin Qorunması haqqında Avropa Konvensiyası”na qoşulmuşdur. Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq II Əlavədə müəyyənləşdirilən vəhşi heyvan növlərinin xüsusi olaraq qorunmasını təmin etmək üçün bütün növlərin bilərəkdən ovlanması və saxlanması, həmçinin bilərəkdən öldürülməsi xüsusilə qadağan edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması  Qaydası”nın 2.3-cü yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində bəzi yırtıcıların il boyu məhv edilməsinə icazə verilir.

Məlumat üçün sizə bildiririk ki, əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəlikdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq üçün ayrı-ayrı yırtıcı heyvan növlərinin sayının tənzimlənməsi məqsədilə onların vurulması barədə qərar və limitlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir, nazirliyin müvafiq orqanının nümayəndələrinin iştirakı ilə yaradılmış ovçu briqadaları tərəfindən həyata keçirilir və ovun nəticəsi aktla sənədləşdirilir.

Lakin buna baxmayaraq, son illər respublikanın bir sıra regionlarında insanların və ev heyvanlarının canavar, çaqqal və tülkü kimi yırtıcıların hücumuna məruz qalması, həmçinin bununla əlaqədar hidrofobiya (quduzluq) xəstəliyinin yaranmasına dair  mütəmadi  məlumatların daxil olması Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq profilaktik tədbirlərin həyata keçirilməsi zərurətini yaratmışdır. Real təhlükəni nəzərə alaraq sözügedən vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə nazirliyin ərazi ekologiya və təbii sərvətlər şöbələrinin və Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşlarından, həmçinin həvəskar ovçulardan ibarət yaradılmış xüsusi qruplar fəaliyyət göstərir.

Odur ki, vətəndaşlar yaşadıqları ərazidə insanların və ev heyvanlarının yırtıcıların hücumuna məruz qalma təhlükəsi ilə üzləşdikləri hallarda onların zərərsizləşdirilməsi və ya belə halların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi üçün dərhal

aidiyyəti üzrə Ərazi ekologiya və təbii sərvətlər şöbəsinə müraciət etməlidir”.

 

Redaksiyadan:

Gözləmək olardı ki, ötən bu uzun müddət ərzində  nazirlik tərəfindən problem dərindən və səriştəli şəkildə araşdırılacaq, vəziyyətin real təhlili əsasında konkret tədbirlər müəyyənləşdiriləcəkdir. Təəssüf ki, verilən cavabda bunlar görünmür. Məqalədə  yazdıqlarımız məktubda yenidən sadalanıb...

Xatırladırıq ki, cavabda istinad edilən beynəlxalq konvensiyadan, nazirliyin iş prinsipi və normativlərindən, vətəndaşların da nazirliyin müvafiq yerli orqanlarına müraciət etməli olmalarından qəzet materialında bəhs edilmişdi. Nazirlik nümayəndəsinin bununla bağlı  söylədiyi fikirlərə, həmçinin onun “Vətəndaşlar nədənsə hadisə baş verəndə KİV-ə müraciət edir, bizə müraciət etmirlər...”  gileyinə də  yer verilmişdi.  Biz də sual etmişdik: “Görəsən, niyə? Əgər nazirlik, departamentlər və onların yerli təşkilatları əhali arasında maarifləndirmə, hüquqi izahat işi aparırlarsa, nə üçün əhali “inadla” KİV-ə üz tutur, onlara yox?!”

Beynəlxalq konvensiyalar  və  normativ hüquqi aktlar əsasında vəhşi heyvan növlərinin xüsusi olaraq qorunması vacibdir. Amma bundan da vacibi insan faktorunun nəzərə alınması, vətəndaşın təhlükəsizliyinin, mal-qarasının (mülkiyyətinin) qorunmasıdır. Vəhşi heyvanları qorumaqdan əvvəl insanların yırtıcı heyvanların hücumundan və quduzluq xəstəliyinə yoluxdurulması təhlükəsinin qarşısı alınmalıdır. Nədənsə nazirlik məsələyə münasibətində qorunma mexanizminin hərəkətə gətirilmə  məsuliyyətini vətəndaşın - silahsız kəndlinin  üzərinə qoyur: vətəndaşlardan yerli şöbələrə müraciət etmələri tələbini irəli sürür. Vətəndaş isə ona nə zaman, harada və hansı heyvanın hücum edəcəyini qabaqcadan bilmədiyindən müraciət ərizəsini nə vaxt yazacağını müəyyənləşdirməkdə çətinlik çəkir. Hücum anında isə ərizə yazmaq yox, canını qorumaq hayında olur!

Vəhşi heyvanın insandan, Azərbaycan vətəndaşından üstün tutulması, hansısa konvensiyaya görə müdafiəsiz insanların yırtıcılara hədəf edilməsinin məntiqi anlaşılmazdır! Söhbət meşəyə ova gedən insandan yox, həyətində mal-qara saxlayan vergi ödəyicisindən gedir. Məktubdakı mövqedən belə görünür ki, nazirlik abstrakt “ovçu briqada”ları yaratmaqla, yaxasını qırağa çəkməkdən başqa heç nə etmək istəmir.

Canavar, tülkü, çaqqal insanların əl-ayağını gəmirərək yaralayır, sifətini didərək eybəcər hala salır...

Getdiyi yerdə dişləyib quduzluq xəstəliyinə yoluxdurur...

Mal-qarasını yaralayır, boğub öldürərək böyük maddi ziyana salır...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə iş işdən keçəndən sonra “ovçu briqada”sına ərizə yazmağı tövsiyə edir...   

Görəsən bu cavabı ciddiyə almaq olarmı?

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər qurumlar  vəhşi heyvanların yaşayış məntəqələrinə hücumlarının  qarşısının alınması, kəndlilərin hüquqlarının təmin edilməsi, təsərrüfatlarının qorunması  üçün müvafiq və effektli tədbirlər görəcək, nəhayət, bu problem daha ağır fəsadlar törətmədən birdəfəlik həllini tapacaqdır!

 

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM