Alternative content

19:41 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 259
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 259
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:07 05.07.2016

 

№ 259                                                Bakı şəhəri, 1 iyul 2016-cı il

 

“İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 76 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 76 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 5, maddə 313; 2004, N 9, maddə 750; 2008, N 2, maddə 130; 2011, N 2, maddə 157, N 5, maddə 449; 2012, N 2, maddə 179; 2014, N 6, maddə 747) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissənin ikinci abzasından “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə” sözləri çıxarılsın.

2. 5-ci və 10-cu hissələrdə “Dövlət Sosial Müdafiə Fondu tərəfindən” sözləri “Dövlət Sosial Müdafiə Fondundan” sözləri ilə əvəz edilsin.

3. 6-cı hissədə “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilsin.

4. 8-ci hissədən “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu,” sözləri çıxarılsın.

5. 10-cu hissədə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin.

6. 11-ci hissənin ikinci abzasına “düzgün aparılmasına və” sözlərindən sonra “vaxtında maliyyələşdirilməsinə,” sözləri əlavə edilsin və dördüncü abzası ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri