05 Iyul 2016 12:07
898
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 260

 

№ 260                                                Bakı şəhəri, 1 iyul 2016-cı il

 

“Mərkəzi  icra  hakimiyyəti orqanları tərəfindən  konkret  sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət  növlərinin  Siyahısı”nın təsdiq edilməsi  haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

 “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 11, maddə 1072, N 12, maddə 1247; 2012, N 1, maddə 40, N3, maddə 256, N 10, maddə 1016, N 11, maddə 1207; 2013, N 6, maddələr 745, 757, N 7, maddə 868, N 8, maddələr 1005, 1018, N 11, maddə 1466, N 12, maddə 1639; 2014, N 1, maddə 69, N 2, maddələr 191, 201, 207, N 3, maddələr 307, 317, N 4, maddə 449, N 5, maddə 560, N 6, maddələr 733, 747, N 7, maddələr 920, 953, N 10, maddələr 1287, 1319, N 11, maddələr 1505, 1506, N 12, maddə 1656; 2015, N 1, maddə 71, N 4, maddə 465, N 5, maddə 609, N 6, maddə 790, N 7, maddə 893, N 11, maddələr 1415, 1421, N 12, maddə 1573; 2016, N 2, II kitab, maddələr 367, 384; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 101 nömrəli və  29 aprel tarixli 176 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 30-cu hissəsi ləğv edilsin və aşağıdakı məzmunda 9.16 - 9.36-cı bəndlər əlavə edilsin:

 

 

9.16.

Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması

9.17.

Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması

9.18.

Ailə kəndli təsərrüfatının onlayn uçota alınması

9.19.

Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması

9.20.

Sığortaolunanınonlayn uçota alınması

9.21.

Bankda və ya digər kredit təşkilatında hesabın açılması üçün sığortaedənə şəhadətnamənin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu

9.22.

Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi

9.23.

Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın təqdim edilməsi

9.24.

Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısının təqdim edilməsi

9.25.

Məcburi dövlət sosial sığorta haqqı üzrə borcu barədə arayışın sığortaedənə verilməsi

9.26.

Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu

9.27.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

9.28.

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

9.29.

Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

9.30.

Uşağın üç yaşı tamam olanadək, ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

9.31.

Sığortaolunanlara məlumatların verilməsi

9.32.

Pensiya kalkulyatoru

9.33.

Pensiya təyinatının və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu

9.34.

Pensiyaçıya məlumatların verilməsi

9.35.

Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi

9.36.

Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video