Alternative content

22:25 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 261
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 261
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:07 05.07.2016

 

№ 261                                    Bakı şəhəri, 1 iyul 2016-cı il

 

“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi  barədə”  Azərbaycan  Respublikası Nazirlər  Kabinetinin  2012-ci  il  13  avqust  tarixli 181 nömrəli  qərarında  dəyişikliklər edilməsi  haqqında

 

“Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanının  3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 avqust tarixli 181 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 8, maddə 829, N 9, maddə 919; 2013, N 12, maddə 1650) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “xərclərinin, ödənilməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, keçmiş Prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi isə” sözləri “xərclərinin, keçmiş Prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi” sözləri ilə əvəz edilsin.

2. 5-ci hissədə “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri