03 Iyul 2016 12:07
1182
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 256

 

№ 256               Bakı şəhəri, 29 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanının 2.4-cü və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 190-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 18 aprel tarixli 1958 nömrəli Sərəncamının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 9, maddə 693; 2001, N 11, maddə 722; 2002, N 3, maddə 148, N 7, maddə 455, N 10, maddə 635; 2003, N 10, maddə 629; 2005, N 4, maddə 386, N 6, maddə 534, N 8, maddə 782, N 10, maddə 977, N 11, maddə 1061, N 12, maddələr 1228,1231; 2006, N 3, maddə 297, N 8, maddə 731, N 9, maddə 830, N 10, maddə 902, N 11, maddə 994; 2008, N 2, maddə 108, N 4, maddə 316, N 8, maddə 787; 2009, N 2, maddə 148, N 10, maddələr 846, 849, N 12, maddə 1079; 2010, N 6, maddə 555; 2011, N 10, maddə 971; 2012, N 3, maddə 263, N 5, maddələr 489, 495, N 7, maddə 777, N 11, maddə 1206, N 12, maddə 1354; 2013, N 4, maddə 444, N 5, maddə 578; 2014, N 1, maddə 74, N 5, maddələr 552, 589, N 6, maddə 746, N 8, maddə 1019, N 12, maddə 1685; 2015, N 12, maddə 1580; 2016, N 3, maddə 611, N 4, maddələr 777, 814) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
1. 7-ci hissə üzrə:
1.1. on birinci-on dördüncü abzaslar müvafiq olaraq on ikinci-on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:
“Kommersiya hüquqi şəxsi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius kommersiya hüquqi şəxslərinin dövlət reyestrinə daxil olmuş, o cümlədən təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatları informasiya sistemi vasitəsilə elektron sorğu əsasında gün ərzində əldə edir və bu barədə çap edilmiş arayışı müvafiq notariat hərəkəti üzrə notariusda saxlanılan işin nüsxəsinə əlavə edir.”;
1.2. on beşinci abzasın ikinci cümləsində “on birinci” sözləri “on ikinci” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:
“12-1. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilənin (alqı-satqı, bağışlama, dəyişdirmə, renta və s.) notariat qaydasında təsdiqi zamanı notarius Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq, sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına təqdim etməyə borcludur.”.
3. Aşağıdakı məzmunda 47-1-ci hissə əlavə edilsin:
“47-1. Fiziki şəxsin özgəninkiləşdirilən yaşayış yeri üzrə qeydiyyatda olması müddəti “Elektron notariat” və “Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə əldə edilmiş məlumat əsasında mülkiyyət hüququnun əldə edilməsi müddətindən asılı olmayaraq müəyyən edilir.”.
4. 160-1-ci hissə üzrə:
4.1. üçüncü abzasa “məktub verir və” sözlərindən sonra “ödəniş tapşırığına əsasən” sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda doqquzuncu, onuncu və on birinci abzaslar əlavə edilsin:
“Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə hesablanmış sadələşdirilmiş verginin depozit hesabından dövlət büdcəsinə mədaxil edilməsi üçün notarius təqdim edən şəxsə ödəniş tapşırığı verir. Satıcı həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi barədə bank qəbzini notariusa təqdim etdikdən sonra təsdiq olunmuş müqavilə tərəflərə verilir. Həmin qəbzin əsli notariat işində saxlanılır, surəti notarius tərəfindən satıcıya verilir.
Müqavilə üzrə pul məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş aşağı həddən az olduğu hallarda, habelə bağışlama, dəyişdirmə, renta (daşınmaz əmlak bağışlandıqda) müqavilələri üzrə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi zamanı hesablanmış sadələşdirilmiş verginin depozit hesabına mədaxil edilməsi üçün notarius təqdim edən şəxsə banka ünvanlanmış məktub verir və hesablanmış sadələşdirilmiş vergi notariusun təqdim edən şəxsə verdiyi ödəniş tapşırığı əsasında depozit hesabı vasitəsilə dövlət büdcəsinə ödənilir. Müqavilənin rəsmiləşdirilməsi vaxtı bankın qeyri-iş gününə təsadüf etdikdə, notarius hesablanmış sadələşdirilmiş vergini növbəti bank günündən gec olmayaraq dövlət büdcəsinə ödənilməsi üçün nağd şəkildə tutmaqla, sadələşdirilmiş verginin tutulmasını təsdiq edən sənədi (qəbzi) təqdim edən şəxsə, müqaviləni isə hər iki tərəfə verir.
Hər ay başa çatdıqda, növbəti ayın birinci iş günü təsdiq edilmiş müqavilələr üzrə dövlət büdcəsinə ödənilmiş vergi barədə bank hesabından çıxarışla üzləşmə aparılır və rübdən sonra ayın 5-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilir.”.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video