Alternative content

01:54 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 257
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 257
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:07 03.07.2016

 

№ 257                         Bakı şəhəri, 29 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli 803 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 6, maddə 542; 2006, N 11, maddə 1003; 2009, N 1, maddə 22; 2013, N 6, maddə 761; 2015, N 12, maddə 1594; 2016, N 3, maddə 613) ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “Fərmanı” sözündən sonra “(bundan sonra - Fərman)” sözləri əlavə edilsin.

2. VI və VII hissələr ləğv edilsin.

3. IX hissə aşağıdakı redaksiyada verilsin:

“IX. Cəmiyyətin ali idarəetmə orqanı

9.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

9.2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər fərmana uyğun olaraq həll edilir.”.

4. X hissə üzrə:

4.1. 10.2-ci bənddən “İlkin mərhələdə” sözləri çıxarılsın;

4.2. 10.3-cü bəndə “İdarə Heyəti” sözlərindən sonra “Fərmanla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə” sözləri əlavə edilsin;

4.3. aşağıdakı məzmunda 10.4.10-cu yarımbənd əlavə edilsin:

“10.4.10. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir.”;

4.4. 10.5.1-ci və 10.5.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“10.5.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə cəmiyyətin idarə, nümayəndəlik və filiallarını yaratmaq və ya ləğv etmək, həmçinin törəmə müəssisələrini (cəmiyyətlərini) yaratmaq, yenidən təşkil və ya ləğv etmək;

10.5.2. Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin), idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin əməkhaqqını müəyyən etmək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə onları vəzifəyə təyin və vəzifədən azad etmək;”;

4.5. aşağıdakı məzmunda 10.5.2-1 - 10.5.2-3-cü yarımbəndlər əlavə edilsin:

“10.5.2-1. Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

10.5.2-2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər vermək;

10.5.2-3. Cəmiyyətin nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;”.

5. XIV hissənin birinci cümləsi ikinci cümlə hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.”.

6. 15.2-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Bu nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri