Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

04:40 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərin ümumi yekunları barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərin ümumi yekunları barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
12:06 30.06.2016

 

Qərar № 9/36

 

2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərlə əlaqədar həmin seçki dairəsi üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyasının protokolu qanunla müəyyən olunmuş müddətdə və qaydada tərtib edilərək əlavə olunmalı sənədlərlə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin sənədlər müəyyən edilmiş müddət ərzində yoxlanılmış, seçkilərin ümumi yekunlarının müəyyən olunması üçün dairə seçki komissiyasının protokolu və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilərək Seçki Məcəlləsinin 108.2-ci maddəsinə əsasən seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilmişdir.

Hazırda seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məqsədilə müvafiq seçki sənədlərinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi üçün qanuni əsaslar yaranmışdır. Belə ki, Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını zəruri sənədlərlə birlikdə yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 108.2-ci, 108.3-cü, 171-ci və 172-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərin ümumi yekunlarına dair tərtib edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq olunaraq, müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunsun.

2. Protokol dərc edilsin (Protokol əlavə edilir).

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

29.06.2016


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM