Alternative content

16:51 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:05 06.05.2012
 

Məhkəmə qətnaməsi əsasında nikahımız pozulmuşdur. Lakin qətnamədə kimin dövlət rüsumu ödəməli olması göstərilməmişdir. Belə halda dövlət rüsumu kim tərəfindən və hansı məbləğdə ödənilməlidir?

 

Nərmin Fətəlizadə,

Mingəçevir şəhəri

 

- Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması üçün 11 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Əgər nikahın pozulması barədə məhkəmə qətnaməsində dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilməmişdirsə, onda nikahın pozulmasının qeydiyyata alınması üçün birinci müraciət etmiş tərəf (keçmiş ər və ya arvad) həmin dövlət rüsumunu ödəməlidir ("Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsi).

 

Yeni inşa edilmiş binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsini tikinti firmasından müqavilə əsasında almışam. Lakin mülkiyyət hüququm hələ ki daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bankdan kredit götürəcəyim halda, həmin qeyri-yaşayış sahəsinə dair hüquqlarımı girov qoya bilərəm?

 

Şamil Kərimli,

Bakı şəhəri

 

- Belə bir girov müqaviləsinin bağlanması mümkün deyildir. Çünki qeyri-yaşayış sahəsinə dair hüquqlarınızı girov qoya bilmək üçün əvvəlcə girov qoyacağınız hüquqa malik olmanız tələb edilir. Bu tələb Mülki Məcəllənin 271.3-cü maddəsindən irəli gəlir: hüququ girov qoyan həmin hüququn mənsub olduğu şəxs ola bilər. Sizin isə qeyri-yaşayış sahəsinə dair hər hansı hüququnuz qeydə alınmamışdır.

Onu da qeyd edək ki, daşınmaz əmlaka dair mülkiyyət hüququ girovun predmeti ola bilməz, çünki daşınmaz əmlaka dair mülkiyyət hüququnuz varsa, onda mülkiyyət hüququnuzu deyil, mülkiyyətinizdə olan daşınmaz əmlakın özünü ipoteka ilə yüklü edə bilərsiniz ("İpoteka haqqında" qanunun  1.0.1-ci maddəsinə görə, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur). Girov qoyula bilən hüquqlara dair Mülki Məcəllənin 303.1-ci maddəsi vardır. Həmin maddəyə əsasən, hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM