Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 252
№ 252 Bakı şəhəri, 22 iyun 2016-cı il
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli aktivlər üzrə ödənilməmiş borcların əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra “Aqrarkredit” QSC) tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra - “Azərbaycan Beynəlxalq Bankı” ASC ) alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilən daşınar və daşınmaz əmlakların (bundan sonra - əmlaklar) satılması və kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edilməsi məqsədi ilə aşağıdakı tərkibdə Müsabiqə Komissiyası yaradılsın:
Komissiyanın sədri
Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Komissiyanın üzvləri:
Bayram Rzayev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal şöbəsinin müdir müavini
Mehman Səfərov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsi müdirinin müavini, daxili audit sektorunun müdiri
Tehran Mehdiyev - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının
özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin böyük məsləhətçisi
Cahangir Kərimov - “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini.
2. “Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə yaradılmış Müsabiqə Komissiyasının fəaliyyət Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Müsabiqə Komissiyasına tapşırılsın ki:
3.1. “Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifləri əsasında:
3.1.1. əmlakların satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul etsin;
3.1.2. satılmasına dair qərar qəbul edilmiş hər bir əmlak üzrə seçilmiş nüfuzlu müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, ilkin satış qiyməti barədə müvafiq qərar qəbul etsin;
3.1.3. əmlakların açıq hərraclarda satışı məqsədi ilə ixtisaslaşdırılmış təşkilatların seçilməsini təmin etsin;
3.1.4. əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtlərini, tələblərini və müddətini müəyyən etsin;
3.1.5. əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə qərar qəbul etsin.
3.2. ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı “Aqrarkredit” QSC-nin məlumatlarına baxsın və tövsiyələrini versin;
3.3. işini bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş fəaliyyət qaydasına uyğun olaraq təşkil etsin və zərurət yarandıqda, öz işinə dair reqlamentlər və digər tənzimləyici qərarlar qəbul etsin.
4. “Aqrarkredit” QSC-yə tapşırılsın ki:
4.1. əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi məqsədi ilə hazırlıq işləri aparsın, həmin əmlakın qiymətləndirilməsi və satışı üçün müstəqil qiymətləndirici, ekspert, əmlakın növündən və mürəkkəbliyindən asılı olaraq isə kənar məsləhətçi cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirsin;
4.2. hər bir əmlakın satışı üzrə tələb olunan məlumatları, o cümlədən əmlakın tərkibi, vəziyyəti, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri Müsabiqə Komissiyasına təqdim etsin;
4.3. ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı mütəmadi olaraq Müsabiqə Komissiyasına məlumat versin;
4.4. əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan hüquqmüəyyənedici sənədlərin hazırlanmasını təmin etsin, zərurət yarandıqda, bu məqsədlə kənar hüquq məsləhətçilərini cəlb etsin;
4.5. Müsabiqə Komissiyasının iclaslarının çağırılmasını və keçirilməsini təşkil etsin, iclasların nəticələrinin rəsmiləşdirilməsinə dair katiblik funksiyalarını həyata keçirsin.
5. Müsabiqə Komissiyasına və “Aqrarkredit” QSC-yə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin və ildə 1 (bir) dəfə görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 22 iyun
tarixli 252 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatıtərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş vərəsmiləşdirilmiş əmlakların satılması və kənaridarəçilərə idarəetməyə verilməsi
üzrə yaradılmış Müsabiqə Komissiyasının fəaliyyət
QAYDASI
- 1. Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar “Aqrarkredit” QSC-nin idarəetməsinə verilmiş problemli aktivlər üzrə ödənilməmiş borcların əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakların (bundan sonra - əmlaklar) satılması və kənar idarəçilərə idarəetməyə verilməsi prosesində bir sıra məsələlərin tənzimlənməsi məqsədi ilə yaradılmış Müsabiqə Komissiyasının fəaliyyət qaydasını müəyyən edir.
1.2. Müsabiqə Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Qaydanı rəhbər tutur.
1.3. Müsabiqə Komissiyasının kargüzarlığının, təsərrüfat işlərinin və fəaliyyəti ilə bağlı digər işlərinin təşkili “Aqrarkredit” QSC tərəfindən həyata keçirilir.
- 2. Müsabiqə Komissiyasının fəaliyyət qaydası
2.1. Müsabiqə Komissiyasının tərkibi Azərbaycan Respubli-kasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
2.2. Müsabiqə Komissiyası üzvlərinin sayı 5 nəfərdən ibarətdir. Komissiya üzvləri ictimai (əvəzi ödənilmədən) əsaslarla fəaliyyət göstərir.
2.3. Müsabiqə Komissiyası “Aqrarkredit” QSC tərəfindən hazırlanmış əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi ilə bağlı müvafiq təklifləri və ona əlavə olunmuş aşağıdakı sənədləri müzakirə edərək qərarlar qəbul edir:
2.3.1. əmlakların ilkin satış qiyməti barədə əsaslandırılmış təklif və onun barəsində müstəqil qiymətləndiricinin rəyini;
2.3.2. əmlakların açıq hərraclarda satışı məqsədi ilə ixtisaslaşdırılmış təşkilatların seçilməsi, əmlakın kənar idarəçilərə idarəetməyə verilməsinin üsulları (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtləri, tələbləri və müddəti barədə əsaslandırılmış təklif və qərar layihəsini;
2.3.3. əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə qərar layihəsini;
2.3.4. hər bir əmlakın satışı və ya idarəetməyə verilməsi üzrə tələb olunan məlumatları, o cümlədən, əmlakın tərkibinə dair siyahını, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri;
2.3.5. hər bir əmlak üzrə həmin əmlakın əldə edilməsinirəsmiləşdirən sənəd əlavə olunmaqla, onun satılması və ya idarəetməyə verilməsi barədə əsaslandırılmış təklif və qərar layihəsini.
2.4. Müsabiqə Komissiyasının iclaslarının gündəliyi və növbəliliyi “Aqrarkredit” QSC tərəfindən hazırlanır və Komissiyanın sədri ilə razılaşdırılır.
2.5. Müsabiqə Komissiyası bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş məsələlərə Komissiya üzvlərinə məlumatlar təqdim edildikdən sonrakı10 (on) iş günü ərzində baxaraq, keçirilən iclaslarda müvafiq qərarlar qəbul edir.
2.6. Müsabiqə Komissiyası üzvlərinin azı 4 (dörd) üzvü iclasda iştirak etdikdə, Komissiya qərar qəbul etmək hüququna malik olur. Komissiyanın qərarları açıq səsvermə və iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Müsabiqə Komissiyasının sədrinin səsi həlledici hesab olunur.
2.7. Müsabiqə Komissiyasının qərarı iclasda iştirak edən bütün Komissiya üzvləri tərəfindən imzalanır. Qərarla razı olmayan komissiya üzvü öz imzası qarşısında qeyd etməklə, xüsusi rəyini qərara əlavə edir.
2.8. Müsabiqə Komissiyasının iclasları müvafiq qaydada protokollaşdırılır, sədr və katib tərəfindən imzalanır.
2.9. Müsabiqə Komissiyasının sədri:
2.9.1. Müsabiqə Komissiyasının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
2.9.2. Müsabiqə Komissiyasının iclaslarına sədrlik edir;
2.9.3. Müsabiqə Komissiyasının iclaslarının protokollarını, Komissiyanın qəbul etdiyi reqlamentləri və digər tənzimləyici qərarları imzalayır.
2.10. Müsabiqə Komissiyası fəaliyyəti barədə ildə 1 (bir) dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edir.
- 3. Yekun müddəalar
3.1. Müsabiqə Komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ləğv edilir.
3.2. Müsabiqə Komissiyası ləğv edildikdən sonra onun fəaliyyəti ilə bağlı sərəncamında olan sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət arxivinə təhvil verilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İsveçrənin hidrogen qatarı rekord vurub
29 Mart
Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək
29 Mart
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib
29 Mart
Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ed...
29 Mart
Yaz mövsümü və allergik xəstəliklər
29 Mart
Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib
29 Mart
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29 Mart
Barselonada ekstremal quraqlıq hökm sürür
29 Mart
Erməniəsilli şəxs xarici işlər naziri oldu - Fələstində
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı bloklanıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!