23:29 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:07 16.01.2021

 

Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. YAP İcra Katibliyində təşkil olunan qanvermə aksiyasında təxminən 300 nəfər iştirak edib.

YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev AZƏRTAC-a bildirib ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ölkə əhalisinə müraciət edərək, respublikada qan ehtiyatlarının kifayət qədər azalması ilə bağlı məlumat yayıb. Verilən xəbərə görə, xüsusilə “mənfi” rezuslu qan ehtiyatı ilə bağlı vəziyyət qənaətbəxş deyil. Pandemiya şəraitində koronavirus xəstəliyindən əziyyət çəkən bir çox insanlarda da qana tələbatın yaranması ehtiyat fondunun azalmasında mühüm rol oynayıb. Məhz bu səbəbdən Mərkəzi Qan Bankı ölkə vətəndaşlarına müraciətində qan ehtiyatlarının artırılmasına dəstək verilməsini xahiş edib.

Hüseyn Paşayev deyib ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Qan Bankının müraciətinə dərhal reaksiya verərək bugünkü qanvermə aksiyasının keçirilməsi haqqında qərar qəbul edib. O qeyd edib ki, partiyanın fəalları, sıravi üzvləri, könüllüləri, o cümlədən Milli Məclisdə təmsil olunan deputatları bu təşəbbüsə dəstək verərək aksiyada iştirak ediblər.

“Vətən müharibəsinin Qələbə ilə başa çatmasında canlarını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Torpaq uğrunda, Vətən uğrunda qanlarını axıtmış vətəndaşlarımızın müalicəsinə dəstək verilməsi də hər şeydən öncə hər birimizin vətəndaşlıq borcudur”, - deyə YAP mətbuat xidmətinin rəhbəri söyləyib.

Hüseyn Paşayev onu da bildirib ki, Yeni Azərbaycan Partiyası əvvəllər də qanvermə aksiyaları təşkil edib. Bir müddət əvvəl YAP Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyası təşkil etmişdi. Hazırkı qanvermə aksiyası da bu humanist missiyanın davamı kimi qiymətləndirilməlidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM