16:09 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
17:57 19.01.2021

 

Yanvarın 19-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyadan AZƏRTAC-a bildiriblər ki, iclasda YAP İdarə Heyətinin 2020-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Qadınlar Şurasının fəaliyyəti haqqında hesabat, partiyanın 2020-ci il üzrə maliyyə hesabatı, eləcə də İdarə Heyətinin 2021-ci ilin birinci rübünə dair iş planı müzakirə olunaraq qəbul edilib.

İdarə Heyətinin iclasında vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış ən şərəfli səhifələrdən biri olub. Vətən müharibəsi dövründə YAP milli həmrəyliyə səsləyən bir sıra bəyanat və müraciətlər qəbul edib, Ermənistanın hərbi təxribatları ilə əlaqədar “YouTube”, “Twitter”, “Facebook”, “Instagram” və “Telegram” üzərindən çoxsaylı aksiyalar keçirib, 55 beynəlxalq təşkilata, 75 beynəlxalq KİV-ə, 197 parlamentə, onların sədrlərinə və deputatlarına, 97 dövlət və hökumət başçısına, 187 siyasi partiyaya, 165 ölkənin Xarici İşlər Nazirliyinə, ümumilikdə 800-ə yaxın ünvana təxminən 500 minədək e-mail göndərib.

İdarə Heyətinin iclasında 2020-ci il fevral ayının 9-da Milli Məclisə seçkilərin keçirilməsində, habelə koronavirus pandemiyasına qarşı mübarizənin aparılmasında Yeni Azərbaycan Partiyasının könüllülərinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Prezidentin Sərəncamı ilə “Könüllülər ili” elan edilən 2020-ci ildə partiyanın könüllüləri pandemiya ilə mübarizə çərçivəsində 70 mindən çox aztəminatlı ailəyə Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ayrılmış yardımların çatdırılmasını təmin edib.

İdarə Heyətinin iclasında, həmçinin YAP-ın 2020-ci ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2020-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 12 288 708 manat olub. Bunun 10 346 294 manatını üzvlük haqları, 1 942 414 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 6 969 745 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 452 599 manatı Silahlı Qüvvələrin Yardım Fonduna, “YAŞAT” Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 625 148 manatı Koronavirusla Mübarizəyə Dəstək Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 347 569 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 34 357 manatı ezamiyyə xərclərinə, 302 192 manatı avtonəqliyyat xərclərinə, 242 229 manatı təsərrüfat inventarlarının alınmasına, 162 621 manatı təmir işlərinə, 457 566 manatı kommunal və təsərrüfat xərclərinə, 80 739 manatı bank xidmətinə, 86 610 manatı abunə ilə bağlı ödənişlərə, 57 720 manatı dəftərxana xərclərinə, 144 611 manatı çap işlərinə, 237 592 manatı isə sair xərclərə sərf edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM