15:37 04 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaxın aylarda daha 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:01 18.01.2021

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əsas sosial hədəflər möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Nazir müavini postmüharibə dövründə 11 mindən çox şəhid ailəsi üzvünün, qazinin, müharibədən zərər çəkən şəxsin bu dəstəklə əhatə olunduğunu qeyd edib. O cümlədən 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlərin təyin edildiyini, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslərin aktiv məşğuluq proqramlarına cəlb olunduğunu, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərildiyini diqqətə çatdırıb.

O, son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini deyib. İndiyədək bu kateqoriyalardan olanlara 9100-dən çox mənzil və fərdi evin, 7200-dən çox avtomobilin verildiyini qeyd edib. Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin nazirliyin balansına verilməsi prosesinin bitməkdə olduğunu bildirib. Bu yeni mühüm proqramın şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcəyini deyib.

A.Kərimov diqqətə çatdırıb ki, son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb. Yaxın aylarda 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmasına şərait yaradıb. Eyni zamanda, yaralanmış qazilərimizin reabilitasiya vasitələri, xüsusilə də müasir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılır. Son bir ayda onlara 530 reabilitasiya vasitəsi verilib, həmçinin 6 qazi yüksək texnologiyalı 8 protezlə təmin olunub, hazırda da bu sahədə işlər davam edir.

Nazir müavini vurğulayıb ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial təminatın ildən-ilə güclənməsinə imkan verib. 2020-ci ildə də sosial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat, o cümlədən pensiya üzrə 20 faiz, Prezidentin təqaüdü və müavinət üzrə 18 faiz, ünvanlı sosial yardım üzrə 41 faiz çox vəsait yönəldilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM