19:19 12 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaralanmış, amputasiya olunmuş hər bir Vətən müharibəsi qazisi yüksək texnologiyalı, elektron protezlərlə təmin ediləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:21 01.03.2021

 

Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşların yüksək texnologiyalı, elektron protezlərlə təminatına başlanılıb. Onların hər birinin müasir protez təminatı həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə kütləvi-informasiya vasitələrinə müsahibəsində məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son iki ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir olunduğu, yenidən qurulduğu və müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verildiyini deyib.

2021-ci ildə daha 4 belə mərkəzin açılması nəzərdə tutulub. Prezident İlham Əliyevin iştirakı ilə fevralın 25-də onlardan birinin – ölkədə ən iri reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatının açılışı olub.

Ümumilikdə, yaradılmış potensial ildə 30 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərməyə imkan verir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM