09:10 07 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


00:40 07.03.2021

Yel çərşənbəsi


00:40 07.03.2021

Üçüncü çərşənbə


00:40 07.03.2021

Novruzun topları


00:39 07.03.2021

Baharın ilk müjdəçiləri


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiya şirkətləri azad edilmiş ərazilərimizdə elektroenergetika sahəsi üzrə görüləcək işlərdə iştirakda maraqlıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:06 19.01.2021

 

Energetika naziri Pərviz Şahbazov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları, həmçinin müvafiq sahələr üzrə təcrübə və məlumat mübadiləsi məsələləri müzakirə edilib.

Səfir Azərbaycan torpaqlarının erməni işğalından azad olunması, ərazi bütövlüyünün bərpasının ölkəmizin gələcək inkişafı üçün əhəmiyyətini vurğulayıb və azad edilmiş ərazilərimizdə elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində Yaponiya şirkətlərinin iştirakda maraqlı olduğunu bildirib.

Nazir Yaponiyanın dövlət qurumları və maliyyə təşkilatları ilə enerji sektorunda sıx əməkdaşlıq əlaqələrinin olduğunu, bu sahədə Yaponiya şirkətlərinin ölkəmizdə bir sıra uğurlu layihələr həyata keçirdiyini qeyd edib. İşğaldan azad olunmuş ərazilərin bərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərin bərpaolunan enerji potensialı haqqında məlumat verib.

Daha sonra qeyd edilmiş sahələr üzrə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında energetika sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM