28 Fevral 2021 00:44
1284
Təhsil
A- A+

Xocalı soyqırımı ilə bağlı GDU-da onlayn tədbir keçirild

 

Tədbir iştirakçıları əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş igid həmvətənlərimizin xatirəsini ehtiramla yad etmişlər. Sonra Gəncə Dövlət Universitetinin (GDU) prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsində ermənilərin törətdikləri vəhşilikləri faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Bildirmişdir ki, qanlı olaydan 29 il ötsə də, Azərbaycan xalqı o faciəli günləri heç vaxt unutmur: “Çünki ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə törətdikləri qırğının acı nəticələri bu gün də qaysaq bağlamış yaraları göynədir. Erməni vandallarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri soyqırımı bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olsa da, təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar hələ də bu qanlı olaya göz yumurlar. Lakin Xocalı haqqında həqiqətlərin üzə çıxarılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımlar atır. Elə 44 günlük Vətən müharibəsində qazandığımız uğurlar da bunu deməyə əsas verir ki, Azərbaycan tökülən qanı heç vaxt yerdə qoymur. Qarabağ uğrunda gedən müharibədə Prezident, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz öz sözünü bütün dünyaya dedi. Xalqımız dəmir yumruq kimi Prezidentimizin ətrafında birləşərək əzəli torpağımız olan Qarabağı düşmən tapdağından azad etdi”.

Tədbirdə universitetin Riyaziyyat-informatika fakültəsinin dekanı  Oruc Hüseynov, Riyazi analiz kafedrasının baş müəllimi Nurəngiz Bəşirova və başqaları çıxış edərək Xocalı qətliamının insanlığa qarşı yönəlmiş amansız cinayət olduğunu qeyd etmiş, erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən danışmışlar. Qeyd etmişlər ki, 29 il əvvəl  Azərbaycanın Xocalı şəhərində törədilən faciə erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Tədbir tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video