14:50 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Xankəndi necə Stepanakert oldu” xarici KİV-də
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:41 26.11.2020

Bir sıra nüfuzlu dünya xəbər portalları – Türkiyənin "Alternatiftarih”, Misirin "Əl-Vəsilə Nyus”, "Asya əl-Yaum”, "Nile-Nyus”, İraqın "İraq-Nyus”, Birləşmiş Ərəb Əmirliklərinin "Səda onlayn”, Fələstinin "Bayader”, Küveytin "8-press”, Çinin "Alharir.info”, Ukraynanın "Kievinform”, İspaniyanın "Turaz.es” Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı "Xankəndi necə Stepanakert oldu” sənədli videoçarxının yayınına başlayıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sənədli arxiv materialları əsasında hazırlanmış videoçarx Xankəndinin qədim tarixindən, Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim şəhəri olan Xankəndidə və ətraf ərazilərdə apardıqları məkrli erməniləşdirilmə siyasətindən, yerli əhaliyə qarşı amansız təqib və vəhşiliklərindən bəhs edir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM