11:24 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaşinqtonda Azərbaycandan Avropaya kommersiya qaz nəqlinin başlanmasına həsr edilmiş müzakirələr aparılıb
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:53 28.01.2021

 

Vaşinqtonda Cənub Qaz Dəhlizi layihəsinin sonuncu mərhələsinin başa çatmasına və Azərbaycandan Avropaya kommersiya qaz nəqlinin başlanmasına həsr edilmiş onlayn-forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Xəzər Siyasi Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Albaniyanın ABŞ-dakı səfiri Floreta Faber, Gürcüstanın ABŞ-dakı səfiri David Baxradze, Türkiyənin ABŞ-dakı səfirinin müavini Sinan Ertay, ABŞ Dövlət katibinin enerji resurslarından istifadə məsələləri üzrə sabiq köməkçisi Frensis Fennon, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Xəzər Siyasi Mərkəzi yanında Energetika və iqtisadiyyat proqramının rəhbəri Robert Sekuta, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Atlantik Şurası yanında Qlobal energetika mərkəzinin rəhbəri Riçard Morninqstar, Azərbaycan Dövlət Neft Şirkətinin İnvestisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və BP şirkətinin Beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Robert Şer iştirak ediblər.

Forumda Cənub Qaz Dəhlizi layihəsinin region ölkələri və qaz bazarı üçün əhəmiyyəti, enerji infrastrukturunun gələcək inkişafı, karbonsuzlaşdırma və regional inteqrasiya tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Nifti tədbiri giriş sözü ilə açaraq, forum iştirakçılarını bu əlamətdar hadisə münasibətilə təbrik edib. O deyib ki, Cənub Qaz Dəhlizinin tikintisinin başa çatdırılması enerji bazarlarında dəyişiklik və iqlim dəyişmələri probleminin həllinə diqqətin artırılması dövrünə düşür.

Dəyəri 40 milyard dollara yaxın olan Cənub Qaz Dəhlizinin tikintisinin başa çatdırılmasının Amerika diplomatiyası üçün mühüm hadisə olduğunu diqqətə çatdıran Frensis Fennon vurğulayıb ki, bu, ABŞ-ın bir neçə administrasiyasının həyata keçirdiyi enerji diplomatiyası sahəsində çoxillik səylərin, dövlət strukturları ilə özəl sektor arasında tərəfdaşlığın və transmilli enerji şirkətləri tərəfindən sərmayə qoyuluşlarının nəticəsi olub. Fennon deyib: “Enerji daşıyıcılarının əhəmiyyəti təkcə texniki göstəricilərlə deyil, həm də onunla ölçülür ki, onlar ölkələrin xarici siyasətini əks etdirir. Cənub Qaz Dəhlizi layihəsi bu konsepsiyanın parlaq nümunəsidir. Energetika ölkənin inkişafının, onun təhlükəsizliyinin və suverenliyinin əsasını təşkil edir və bu baxımdan Cənub Qaz Dəhlizi mühüm amildir”.

Robert Sekuta bu layihənin vacibliyindən söhbət açaraq deyib ki, Cənub Qaz Dəhlizi tikintisinin başa çatdırılması Cənub Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin hökumətləri və özəl şirkətləri arasında əməkdaşlıq sayəsində mümkün olub.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi regionun “yeni coğrafiyası”nın yaranmasına kömək edib, bu layihə göstərib ki, regionda sıx əməkdaşlıq bütün iştirakçı ölkələrin xeyrinədir. Bu layihə həm də Azərbaycan qazının Bolqarıstana nəql edilməsini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kimi yeni layihələr yaranmasına kömək edib. Səfir daha sonra qeyd edib ki, Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi barədə Memorandum imzalanması Avropanın və Mərkəzi Asiyanın enerji bazarları arasında əlaqəni möhkəmlədəcək daha bir vasitədir. Diplomat deyib: “Birgə işləmək üçün bizim çox böyük imkanlarımız var. Nəqliyyat dəhlizləri, bizim qonşularımızla, o cümlədən Ermənistanla birgə iş və regionun inteqrasiyası üçün, region ölkələrinin davamlı inkişafı və suverenliyi üçün yeni imkanlar yaranır”.

Səfirlər Floreta Faber, David Bakradze və Türkiyə səfirinin müavini Sinan Ertay Cənub Qaz Dəhlizi layihəsinin həmin ölkələr üçün və bütövlükdə region üçün iqtisadi və siyasi əhəmiyyətini vurğulayıblar.

ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Morningstar, SOCAR-ın Vitse-prezidenti Elşad Nəsirov və “BP America” şirkətinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Robert Şer Balkan yarımadasının qərb hissəsində yerləşən ölkələrin zəruri enerji resursları ilə təmin edilməsi üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsinin mövcud potensialı məsələsinə toxunublar.

Elşad Nəsirov: “Cənub Qaz Dəhlizi layihəsinin növbəti mərhələsində biz Qərbi Balkanlarda yeni bazarlara çıxmaq, Albaniyaya və bu regionun digər ölkələrinə qaz nəqlinə başlamaq niyyətindəyik. Ümidvarıq və səbirsizliklə gözləyirik ki, Şərqi Aralıq Dənizi bölgəsindən, o cümlədən İsraildən əlavə qaz daxil olacaq”.

Robert Şer: “Bu layihənin uğurunu müəyyən edən 5 səbəb var: enerji təchizatının şaxələndirilməsi üçün dəqiq iqtisadi əsaslandırma; özəl sektor ilə dövlət sektoru arasında sırf koordinasiya; yüksək səviyyəli ixtisas bilikləri; ölkələr arasında dəqiq öhdəliklər, məqsədlər və tərəfdaşlıq”.

Səfir Morninqstar: ”Artıq 25 ildən çoxdur ki, Birləşmiş Ştatlar Xəzər regionundakı layihələri ikipartiyalı səviyyədə dəstəkləyir. Bu, böyük nailiyyətdir”.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM