11:35 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ÜST: Koronavirusa qarşı peyvəndin çatdırılmasında problemlər mövcuddur
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:21 27.01.2021

 

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının üçüncü iş günü dünyada 2 milyondan çox insanın həyatına son qoymuş COVID-19 infeksiyası ilə bağlı “COVID-19 peyvəndi: etik, qanuni və praktiki mülahizələr” adlı məruzənin dinlənilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, məruzənin təqdimatından sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib.

ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd haqqında məlumat verərək, artıq 5 istehsalçı tərəfindən 2 milyard peyvəndin istehsal edildiyini diqqətə çatdırıb. Ancaq peyvəndin qeyri-bərabər paylanıldığını qeyd edib. Vurğulayıb ki, bəzi ölkə və şirkətlər peyvəndin qiymətini süni şəkildə artırır.

Həmçinin Baş direktor logistika və şəffaflıq sahələrində problemlərin olduğunu da deyib. Diqqətə çatdırıb ki, peyvəndin əlçatanlığına maneə yaradan mövcud problemlər aradan qaldırılmasa, COVID-19 pandemiyasının yaratdığı gərginlik davam edəcək.

Sessiya parlamentarilərin müzakirələri ilə davam edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM