20:56 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ümudünya Səhiyyə Təşkilatı COVID-19-un “Britaniya” ştammını 100-dən çox ölkədə aşkar edib
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:01 25.02.2021

 

Daha yüksək yoluxma qabiliyyəti ilə fərqlənən Böyük Britaniyada aşkar edilən VOC 202012/01 koronavirus ştammı son bir həftə ərzində daha yeddi dövlətdə qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Sənəddə deyilir ki, ÜST-nin altı regionunun hamısında 101 dövlət bu ştammın qeydə alındığını bildirib.

İlk dəfə Cənubi Afrika Respublikasında (CAR) aşkar edilən koronavirusun digər ştammı (501Y.V2) da yayılma coğrafiyasını genişləndirib. Ötən həftə ərzində o, daha beş dövlətdə aşkar edilib, onların ümumi sayı 51-ə çatır. ÜST, bu ştammda baş verən mutasiyaların virusun immunitet sisteminin reaksiyasından qaçmasına kömək etdiyini vurğulayıb. Beləliklə, bu ştamm artıq COVID-19-dan sağalan və ya vaksinasiya prosedurundan keçənlər üçün də təhlükəlidir.

Yaponiya və Braziliyada aşkar edilən ştamm daha səkkiz ölkədə aşkar edilib. Hazırda bu ştamm 29 dövlətdə qeydə alınıb.

Azərbaycanda koronavirusun yeni ştammları qeydə alınmayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM