17 Yanvar 2021 23:00
715
CƏMİYYƏT
A- A+

TÜRKSOY-un, Türk Şurasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti Füzuli rayonuna səfər edib 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Füzuli rayonuna səfər edib. Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar. Sonra Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər işğal etdikləri Füzuli şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Rayonda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Qonaqlar Füzuli şəhərinin küçələri ilə gəzib, dağıdılmış məscidin, mədəniyyət evinin və “Araz” qəzetinin redaksiyasının binalarına baxıblar.

Səfər zamanı TÜRKSOY-un dəstəyi ilə yeni nəşr edilən Türkiyənin milli şairi Kenan Çarboğanın “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə aldığı “Korkutname” əsərinin təqdimatı olub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva səfər barədə təəssüratlarını jurnalistlərə bölüşərək deyib: “Yenidən Füzuli şəhərinə gəldiyim üçün qürur hissi keçirirəm. Digər tərəfdən buradakı abidələri bu vəziyyətdə görmək ürəyimi ağrıdır. Minilliklərin sınağından keçən, tarixin yadigarı olan bu abidələr indi dağıdılmış vəziyyətdədir. Əslində, tariximizə, insanlığa yönəlmiş bir cinayətdir. Bu, məqsədyönlü cinayət əməlləridir. Dünya ictimaiyyəti tərəfindən mütləq pislənilməlidir. Əminəm ki, dövlətimiz buranı, eyni zamanda Şuşanı, Ağdamı, Zəngilanı, Kəlbəcəri, Qubadlı, Laçını və digər yerlərimizi bərpa edəcək, burada yenidən muğam səsləri eşidiləcək, sənətkarlarımız öz əsərlərini yaradacaqlar. Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondu da öz dəstəyini əsirgəməyəcək".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev isə deyib: "Füzuli həqiqətən də yerlə-yeksan edilib. Düşünürəm ki, qardaş Azərbaycan xalqı Füzulini bərpa edəcək və bu şəhər ən gözəl, abad şəhərlərdən biri olacaq".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video