26 Noyabr 2020 12:46
561
SİYASƏT
A- A+

Türkiyə XİN: Fransa Senatının Azərbaycana öz torpaqlarından çəkilmək çağırışı etməsi gülüncdür


Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn, qanunun və ədalətin əsas prinsiplərinə hörmətsizliyin bariz nümunəsidir. Qətnamədə Türkiyəyə qarşı irəli sürülən əsassız iddiaları kəskin şəkildə rədd edirik. Fransa Senatının qətnaməsi bu ölkənin də həmsədr olduğu ATƏT-in Minsk qrupunun niyə bu günə qədər münaqişəni çözmədiyini və tərəfkeşlik etdiyini də açıq şəkildə göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.

Açıqlamada deyilir ki, Azərbaycan Ermənistanın əvvəlcə Tovuzda, sonra Qarabağdakı hücumlarına və təxribatlarına qarşı lazımi cavab verib və təxminən otuz il idi ki, işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü yenidən təmin edib. Azərbaycanın cəbhədə qazandığı nəticə BMT qətnamələrində əskini tapmış, Fransanın da həmsədr olduğu Minsk prosesində qeydə alınmış, ancaq həyata keçirilməmiş haqlarının təcəssümüdür. BMT-nin qətnamələri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çəkilməsini tələb edir. Belə olduğu halda, Fransa Senatının Azərbaycanı işğaldan azad etdiyi torpaqlarından çəkilməyə çağırması qeyri-ciddi və gülüncdür, tərəfkeşliyin təzahürüdür. Heç bir gerçəyə uymayan, sağlam düşüncədən uzaq bu qərar Fransanın məsələnin həlli üçün səy göstərmək imkanını da məhdudlaşdırır. Senatın qətnaməsində Fransa hökumətinin də qəbuledilməz hesab etdiyi məqamlar əks olunur. Qətnamədə Türkiyə ilə bağlı fikirlərin yer alması təəccüblü olmasa da, düşündürücüdür.

Türkiyə XİN-in açıqlamasında təxminən otuz il davam edən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hazırkı mərhələdə Fransanın artıq düzgün nəticələr çıxararaq bölgənin sabitliyə qovuşması üçün konstruktiv mövqedə olmasının vacibliyi qeyd edilir. Bunun üçün mövcud gerçəkliklərə uyğun hərəkət edərək beynəlxalq hüquq əsasında səylər göstərmək yetərlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video